Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-02-2024 , 10:18

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “İnzibati binamızla bağlı bələdiyyə üzvlərində yaranan suallara məhkəmə instansiyası niyə cavab vermək istəmir


Nərimanov Bələdiyyəsinin inzibati bina məsələsiylə bağlı məhkəmə çəkişməsi iki ilə yaxındır ki davam edir. Məhkəmə prosesinin bu gün hansı vəziyyətdə olmasıyla bağlı   Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevə müraciət etdik.

Məsələ ilə bağlı, Təmraz Tağıyev bildirib ki,  hazırda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6614/2023  saylı,  13. 11. 2023-cü  il  tarixli   qərardadından Bakı  Apellyasiya  Məhkəməsinin İnzibati   Kollegiyasına Apelyasiya şikayətiylə müraciət edilib.

Qeyd etməlıyəm ki, bu gün məhkəmə prosesində maraqlı bir vəziyyət yaranıb.  Belə ki, 06 fevral 2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsində Nərimanov bələdiyyəsi tərəfindən qaldırılan iddia ərizəsiylə bağlı qərarı, təsəvvür edin ki,  doqquz ay sonra, yəni 13.11 2023-cü ildə tarixli qərardadı ilə iddia tələbi baxılması mümkün sayılmamışdır. Anlaşılan deyil ki, məhkəmə instansiyası hansı səbəbdən iddiaya  maksimum on günə baxıb fikir bildirmək əvəzinə doqquz aydan sonra baxıb iddiaya baxılmasını mümkünsüz hesab edib. Maraqlıdır, deyilmi. Ötən müddət ərzində məhkəmə instansiyasının təmsilçiləri nəyi və yaxud kimi gözləyiblər?

Əmlak məsələri Dövlət Xidməti hansısa formada, əslində qanuna zidd olaraq, həyata keçirdyi alqı- satqı əməliyatı zamanı 1209 kv.metrlik ərazini hansı əsasla 900.000 manat sənədləşdirib. Halbuki şəhərin mərkəzi hesab edilən bu ərazidə torpağın bir sotunun dəyəri 100.000 manatdan artıqdır.

Üstəlik sual olunur, ərazini  bizim qanunsuz hesab etdiyimiz sənədlərdə adıkeçən Natiq Əliməmmədov kimdir və alqı-satqı zamanı ödədiyi pulun, yəni 900.000 manatı hansı yollarla əldə etməsi barədə müvafiq orqanda məlumat varmı. Ümumiyyətlə məhkəmə bu məqamla niyə maraqlanıb Natiq Əlimməmədovu məhkəmə prosesinə cəlb edə bilmir və ya cəlb etmək marağında deyil. Yəni bu alqı-satqı prosesində ciddi hüquq pozmaların olması konkretdir. Və biz təəssüf edirik ki, məhkəmə bu məqama toxumadan ötüb keçir.

Təəssüf ki, bu gün görünən odur ki, inzibati binamızla bağlı bələdiyyə üzvlərində yaranan suallara məhkəmə instansiyalarında çalışanlar hansısa maraq naminə cavab tapa bilmirlər.

Biz bir bələdiyyə olaraq ölkəmizdə ədalətin zəfər çalacağına, iki ildən artıq  müddətdə davam edən məhkəmə prosesinə aydınlıq gətiriləcəyinə inanırıq.

Hər halda Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun təyinatından sonra məhkəmə-hüquq sistemində yeni dövrün başlandığına inandığımızdan bu məsələnin də diqqətdə saxlanılacağına  inanır  və nəticə etibarıylə ədalətli qərar veriləcəyini ümidlə gözləyirik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər