Sevinc Atayeva: “Şağan bələdiyyəsi 2024-ci il bələdiyyə seçkləri ilində vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəsiylə çalışacaqdır”
“Şağan
bələdiyyəsinin ötən ildəki fəaliyyəti sayəsində DSMF və digər qurumlara əvvəlki
illərdən yığılıb qalmış borclar bağlanaraq uzun illərdən bəri bağlı qalan bank
hesabımız artıq açılıb”- bu fikirləri Xəzər rayonu Şağan Bələdiyyəsinin sədri
Sevinc Atayeva bildirib.
Sədr bildirib
ki, Şağan Bələdiyyəsində bələdiyyə
üzvlərinin 2023-cü il ərzində 24 iclası keçirilib. Keçirilən iclaslarda
müzakirəyə bir sıra məsələlər çıxarılıb və müzakirə mövzusu olan məsələlər
barədə fikir mübadiləsi edilərək, təkliflər irəli sürülüb, qərarlar qəbul edilib.
Bələdiyyə
tərəfindən bələdiyyə üzvlərinin qəbul etdiyi
müvafiq qərarlar qanunauyğun olaraq,
inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə
İş Mərkəzinə göndərilib. Bələdiyyələrlə İş Mərkəzi tərəfindən göndərilən tövsiyə məktubları və metodik vəsaitlər bələdiyyənin işinin təşkilində nəzərə alınıb. Bələdiyyə qulluqçuları və bələdiyyə
üzvləri Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən keçirilən maarifləndirici
seminar- müşavirələrdə iştirak edərək fəaliyyətlərində əhəmiyyətli olan biliklərə
yiyələniblər.
Şağan
Bələdiyyəsinin 2023-cü il ərzində büdcə gəlirləri 48.182 manat təşkil edib, fiziki şəxslərdən torpaq vergisi 7.232 manat, fiziki şəxslərdən əmlak vergisi
– 34.316 manat, dotasiya 6000 manat təşkil edib.
Şağan bələdiyyəsinin büdcə xərcləri isə 46.636 manat təşkil edib, ki, Dövlət Sosial Müdafiə Fonduna -15086 manat 74 qəpik (22 %), 164 manat 78 qəpik (0,5 %), bank xidmətləri -195 manat, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası - 600 manat, İcbari Tibbi Sığorta -820 manat, həmkarlar təşkilatı 164 manat, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində (BAMS) online xidmət haqqı (3 %) -1253 manat , Aztəminatlı ailələrə maddi yardım -100 manat, yerli sosial və təminat, sosial inkşaf proqramlarının maliyyəşməsinə - 1930 manat ayrılıb. Şağan bələdiyyəsi tərəfindən keçirilən tədbirlər, görülən işlər barədə Dövlət başçısı cənab İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev qəlblərdə”, “Xalqın adamı”, “Öndər yolu”, “Əbədiyaşar əfsanə”, “Mən fəxr edirəm ki Azərbaycanlıyam”, “Tarix yaradan insan”, “Heydər Əliyev 100” adlı bir sıra silsilə tədbirlər həyata keçirilib.
“20 Yanvar” faciəsinin anım günü münasibəti ilə faciə
iştirakçısı və əlili Xanbudaqov Eldiyar
Əligül oğlu ilə görüş təşkil edilərək maddi yardım göstərilib.
Müqəddəs “Qurban bayramı” münasibəti ilə I Qarabağ müharibəsi şəhidi
olan üç ailəyə, II Qarabağ müharibəsi
iştirakçısı olan bir nəfərə, aztəminatlı
üç ailəyə qurban payı və maddi yardım edilib.
Bundan əlavə
II Qarabağ müharibəsi iştirakçısı olan Cəfərov Elşən Şücaət oğluna Şağan bələdiyyəsinin büdcəsindən iki dəfə
50 manat, ümumilikdə 100 manat məbləğində maliyyə vəsaiti yardım olaraq təqdim edilib.
3 Dekabr –
Beynəlxalq Əlillər Günü münasibəti ilə görüşlər keçirilmiş və iki nəfərə yardım
göstərilib.
2023-cü
il üzrə Şağan bələdiyyəsinin illik fəaliyyəti haqqında sədr bildirib ki, il ərzində
bələdiyyəyə ümumilikdə 150 məktub daxil
olmuşdur ki, bunlardan: 47 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən,
30 ədədi Xəzər Rayon İcra Hakimiyyətindən, 73 ədədi
isə digər idarə və təşkilatlardan daxil olub.
Şağan
Bələdiyyəsi adından isə 2023-cü il ərzində
ümumilikdə 203 ədəd məktub göndərilib: bunlardan: 19 ədədi Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə, 13 ədədi Xəzər Rayon İcra Hakimiyyətinə, 171 ədədi isə digər idarə və təşkilatlara ünvanlanıb.
2023-cü ildə vətəndaşlar tərəfindən 183 ədəd (müxtəlif mövzulu: bələdiyyədə vergi ödəyicisi
kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə və.s), bələdiyyə
qulluqçuları tərəfindən isə 13 ədəd ( məzuniyyət, işə daxil olma, işdən azad
olma ilə bağlı ) ərizə daxil olub. Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər
əsasında vətəndaşlara 34 ədəd arayış verilib. Ərizələr əsasında edilən müxtəlif səpkili
müraciətlərə vaxtında “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”
Qanuna müvafiq olaraq, müəyyən edilmiş qaydada səlahiyyətlərimiz çərçivəsində
baxılaraq lazımı tədbirlər görülüb.
Sədr son olaraq bildirib ki, Şağan bələdiyyəsi 2024-ci il bələdiyyə seçkiləri ilində vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəsiylə çalışacaqdır.
Belediyye.info
Rəylər
1 Rəy
ELMAN DADAŞOV
08-02-2024, 10 ay əvvəl
Bizim Şağan kəndində bir nece bələdiyyə olub. Həmin vaxtlarda bizim kəndin Şəhidləri var idi. Onların məzarlarını belə ziyarət edilmirdi bələdiyyələr tərəfindən. Amma bu gün həqiqətəndə Şəhid adı gələndə hamımız fəxr edirik. Sevinc xanımda Şəhidlərmizə böyük hörmət qoyaraq, məzarlıqda böyük işlər görüb. Burdan ona kəndimizin adından təşəkkür edirik.
Cavabla