Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-02-2024 , 15:17

1802

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Sevinc Atayeva: “Şağan bələdiyyəsi 2024-ci il bələdiyyə seçkləri ilində vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəsiylə çalışacaqdır”

“Şağan bələdiyyəsinin ötən ildəki fəaliyyəti sayəsində DSMF və digər qurumlara əvvəlki illərdən yığılıb qalmış borclar bağlanaraq uzun illərdən bəri bağlı qalan bank hesabımız artıq açılıb”- bu fikirləri Xəzər rayonu Şağan Bələdiyyəsinin sədri Sevinc Atayeva bildirib.

Sədr bildirib ki, Şağan  Bələdiyyəsində  bələdiyyə   üzvlərinin  2023-cü  il  ərzində  24 iclası keçirilib. Keçirilən  iclaslarda  müzakirəyə   bir  sıra  məsələlər  çıxarılıb və müzakirə mövzusu olan məsələlər barədə fikir mübadiləsi edilərək, təkliflər irəli sürülüb, qərarlar qəbul edilib.

Bələdiyyə tərəfindən bələdiyyə üzvlərinin qəbul etdiyi  müvafiq qərarlar qanunauyğun olaraq,  inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə  göndərilib. Bələdiyyələrlə İş Mərkəzi tərəfindən göndərilən  tövsiyə məktubları  və metodik vəsaitlər bələdiyyənin işinin təşkilində  nəzərə alınıb. Bələdiyyə qulluqçuları və bələdiyyə üzvləri Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşları tərəfindən keçirilən maarifləndirici seminar- müşavirələrdə iştirak edərək fəaliyyətlərində əhəmiyyətli olan biliklərə yiyələniblər.

Şağan Bələdiyyəsinin 2023-cü il ərzində büdcə gəlirləri 48.182 manat təşkil edib,  fiziki şəxslərdən torpaq vergisi 7.232  manat, fiziki şəxslərdən əmlak vergisi – 34.316  manat,  dotasiya  6000 manat təşkil edib.

Şağan bələdiyyəsinin büdcə xərcləri isə  46.636 manat  təşkil edib, ki, Dövlət Sosial Müdafiə Fonduna -15086  manat  74  qəpik  (22 %),  164  manat  78 qəpik  (0,5 %),  bank xidmətləri -195 manat, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyası - 600 manat, İcbari Tibbi Sığorta -820 manat, həmkarlar təşkilatı 164 manat, Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemində (BAMS) online xidmət haqqı (3 %) -1253 manat , Aztəminatlı ailələrə maddi yardım -100 manat, yerli sosial və təminat, sosial inkşaf proqramlarının maliyyəşməsinə - 1930 manat ayrılıb. Şağan bələdiyyəsi tərəfindən keçirilən tədbirlər,  görülən işlər barədə   Dövlət  başçısı  cənab İlham Əliyevin 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar  “Heydər Əliyev qəlblərdə”,  “Xalqın adamı”,  “Öndər yolu”,  “Əbədiyaşar əfsanə”,  “Mən fəxr edirəm ki Azərbaycanlıyam”, “Tarix yaradan insan”,  “Heydər Əliyev 100”  adlı bir sıra silsilə  tədbirlər həyata  keçirilib.

“20 Yanvar”  faciəsinin anım günü münasibəti ilə faciə iştirakçısı və əlili  Xanbudaqov Eldiyar Əligül oğlu ilə görüş təşkil edilərək maddi yardım göstərilib.

Müqəddəs  “Qurban bayramı”  münasibəti ilə I Qarabağ müharibəsi şəhidi olan üç ailəyə, II Qarabağ  müharibəsi iştirakçısı  olan bir nəfərə,  aztəminatlı  üç ailəyə qurban payı və maddi yardım edilib.

Bundan əlavə II Qarabağ  müharibəsi iştirakçısı  olan Cəfərov Elşən Şücaət  oğluna Şağan bələdiyyəsinin büdcəsindən iki dəfə 50 manat,  ümumilikdə 100 manat məbləğində  maliyyə vəsaiti yardım olaraq təqdim edilib.

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə görüşlər keçirilmiş və iki nəfərə yardım göstərilib.

2023-cü il üzrə Şağan bələdiyyəsinin illik fəaliyyəti haqqında sədr bildirib ki, il ərzində bələdiyyəyə ümumilikdə 150  məktub daxil olmuşdur ki, bunlardan:  47 ədədi  Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzindən, 30 ədədi  Xəzər Rayon İcra Hakimiyyətindən,   73 ədədi  isə digər idarə və təşkilatlardan daxil olub.

Şağan Bələdiyyəsi adından isə 2023-cü il ərzində  ümumilikdə 203 ədəd məktub göndərilib: bunlardan:  19  ədədi  Ədliyyə Nazirliyi  Bələdiyyələrlə  İş  Mərkəzinə,  13  ədədi  Xəzər Rayon İcra Hakimiyyətinə,   171  ədədi  isə digər idarə və təşkilatlara ünvanlanıb.

 2023-cü ildə vətəndaşlar tərəfindən 183 ədəd  (müxtəlif mövzulu: bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınma, müvafiq orqanlara arayış təqdim etmə və.s), bələdiyyə qulluqçuları tərəfindən isə 13 ədəd ( məzuniyyət, işə daxil olma, işdən azad olma ilə bağlı ) ərizə daxil olub. Qəsəbə sakinləri tərəfindən edilmiş müraciətlər əsasında vətəndaşlara  34 ədəd  arayış verilib.  Ərizələr əsasında edilən müxtəlif səpkili müraciətlərə vaxtında “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanuna müvafiq olaraq, müəyyən edilmiş qaydada səlahiyyətlərimiz çərçivəsində baxılaraq lazımı tədbirlər görülüb.

Sədr son olaraq bildirib ki, Şağan bələdiyyəsi 2024-ci il bələdiyyə seçkiləri ilində vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəsiylə çalışacaqdır.

Belediyye.info

Rəylər

1 Rəy

ELMAN DADAŞOV

08-02-2024, 10 ay əvvəl

Bizim Şağan kəndində bir nece bələdiyyə olub. Həmin vaxtlarda bizim kəndin Şəhidləri var idi. Onların məzarlarını belə ziyarət edilmirdi bələdiyyələr tərəfindən. Amma bu gün həqiqətəndə Şəhid adı gələndə hamımız fəxr edirik. Sevinc xanımda Şəhidlərmizə böyük hörmət qoyaraq, məzarlıqda böyük işlər görüb. Burdan ona kəndimizin adından təşəkkür edirik.

Cavabla

Rəy yaz

Oxşar xəbərlər