Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib
(Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən 2023-cü ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında hesabat)
Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Hesabat dövrü ərzində Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən 24 ümumi iclas keçirilərək 145 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.
Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
2023-cü il ərzində bələdiyyə büdcəsinə 120129 manat gəlir daxil olmuş, xərclər 107450 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi əmlak vergisi- 90008_manat, torpaq vergisindən – 21621 manat , dotasiyadan - 8500 manat vəsait daxil olmuşdur.
Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.
Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına - 56216 manat, DSMF-19518 manat, bələdiyyənin saxlanmasına- 13237 manat , sosial yardımlar üzrə ödənişlər- 8290 manat, abadlıq, quruculuq təmir işlərinə 10189 manat xərclənmişdir.
Ərazidə hesabat dövründə Almaz İldırım küçəsində yol kənarlarının təmirinə, quruculuq işlərinin aparılmışdır.
Ümumiyyətlə bağlar ərazisində Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir.
Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.
Hesabat dövründə Şüvəlan qəsəbəsi üzrə H.Əliyev ili çərçivəsində A.İldırım küçəsində 30 ədəd, H.Əliyev küçəsimdə 15 ədəd eldar şamı. A.İldırım parkında 15 ədəd oleandr kolu əkilmişdir.
Məlum olduğu kimi yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan _5_ müraciət daxil olmuşdur.Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Xəzər rayon Şüvəlan bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 101 müraciət qeyd edilən məsələlərə aid olub:
Arayışların verilməsi (vergi borcların olub-olmaması,
torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.) 55
Maddi yardım 13
Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar 29
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s 4
Müraciətlərin _101-i müsbət həll olunub.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 180 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyə vətəndaşların və öz hüquqi maraqların müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 1 məhkəmə prosseslərində bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 454-14-24) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.
Bələdiyyədə hesabat dövründə 52 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən 27 vətəndaş qəbul edilmişdir.
Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “İctimai-Humanitar Məsələləri sektor” u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Şüvəlan bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, ərazimizdə yaşayan tənha qadınlar bayram münasibətilə təbrik olunublar. 21 Mart Novruz bayramı münasibəti ilə Şüvəlan qəsəbəsi ərazisində yaşayan 5 şəhid ailəsi ziyarət edilmiş, bayram sovqatları verilmiş, ailə üzvlərinə sovqatlar təqdim edilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan coxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmış, maddi yardım edilmişdir.
Ramazan ayında bələdiyyə tərəfindən ərazidə yaşayan aztəminatlı ailələrə bayram payı verilmişdir.
Qurban bayramı ilə əlaqədar aztəminatlı ailələrinə (o, cümlədən şəhid ailələrinə, qazi və müharibə iştirakçılarının ailələrinə) bayram sovqatı paylanılmışdır. Şəhid Hacıyev Kamran Fizuli oğlunun xatirəsinin əbədilədirilməsi üçün lövhə hazırlanaraq yaşadığl evin yaxınlığında quraşdırılmışdır. Şəhid anasının vəfatının ildönümü ilə əlaqədar ərzaq yardımı edilmişdir.
Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.
Bələdiyyəyə edilən müraciət əsasında aztəminatlı ailənin yaşadığı evin damı təmir olunmuşdur. Ümumilikdə 9 qazi və 5 aztəminatlı ailəyə maddi yardım edilmişdir.
Şüvəlan ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, ekologiyanın sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılması məqsədilə Komsomol küçəsində yerləşən 2,4,15 və 19 nömrəli binaların qarşısında “Abad məhəllə” salınmışdır.
8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə tərəfindən reklam lövhələri hazırlanmışdır.
“Beynəlxalq Əlillər Günü” bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. 3 dekabr “Beynəlxalq Əlillər Günü”ndə bələdiyyə tərəfindən fiziki qüsurlu insanlara qayğı göstərilmişdir. Onlara mənəvi dəstəklə yanaşı ərzaq və maliyyə yardımı edilmişdir.
Hər il olduğu kimi bu il də Şüvəlan bələdiyyəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq ərazidəki şəhid ailələrinə və ərazidə yaşayan aztəminatlı ailələlərə bayram hədiyyələri verilmişdir.
8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə tərəfindən reklam lövhələri hazırlanmışdır.
Xəzər rayon Şüvəlan bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə catdırır.
Telman Süleymanov
Xəzər rayonu Şüvəlan bələdiyyəsinin sədri
Rəylər
0 Rəy