Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-01-2024 , 20:31

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Əmlak vergisinin yığılmasına mane olan əsas səbəb ərazidə çoxsaylı sənədsiz evlərin olmasıdır”

“Buzovna Bələdiyyəsi tərəfindən ötən il 115.170 manat həcmində əmlak vergisi yığılmışdır”- bu fikirləri Xəzər rayonu Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədr qeyd edib ki, 2019-cu ildə isə əmlak vergisinin həcmi  60.748 manat olmuşdu. Son üç il ərzində bələdiyyənin vergi xidmətinin və hüquqşünasın gərgin əməyi sayəsində əmlak vergisinin həcmi 53 faiz artmışdır.

Ümumilikdə isə, əmlak vergisi Buzovna Bələdiyyəsinin büdcə gəlirlərinin 70%-ni  təşkil edir. 

Mətləb Əliyev bildirib ki, əmlak vergisinin yığılmasına mane olan məsələlərdən ən vacibi ərazidə  sənədsiz evlərə çıxarışların verilməməsi ilə əlaqədardır. Sənədsiz evlərə çıxarışlar verilsə büdcə gəlirlərimiz yüz faizədək artar.

Hal-hazırda BAMS proqramının təkmilləşdirilməsi nəticəsində Bələdiyyə vergilərin yığılmasında artım müşahidə olunur, belə ki, tərəfimizdən qəsəbədə olan küçələrin hissəvi şəkildə çıxarışları çıxarılaraq BAMS-a əlavə olnur və vergi ödənişlərin olunması ilə əlaqədar maarifləndirici söhbətlər aparılaraq vergiləri ödətdirilir.

Bundan əlavə qeyd etmək istəyirik ki, vergidən yayınan qəsəbə sakinləri barədə 2021-ci ildə 27 inzibati qərar qəbul olunmuş, həmin qərarlardan 23 qərar icra olunaraq bələdiyyə büdcəsinə 14.400 manat daxil olmuş, 2022-ci ildə 66 şəxs barədə qərar qəbul olunmuş, onlardan 46 qərar icra olunaraq bələdiyyə büdcəsinə 24.300 manat vəsait daxil olmuş, 2023-cü ildə 59 inzibati qərar qəbul olunmuş, həmin qərarlardan 28 qərar icra olunmuş və bələdiyyə büdcəsinə 10.941 manat vəsait daxil olmuşdur. Həmin illər ərzində icra olunmamış qərarlar üzrə ümimilikdə 24.000 manatdan artıq məbləğdə vəsaitin ödənməsi mümkün olmamış və hal-hazıra qədər İcra şöbəsində icraatda qalmaqdadır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər