Anar Hüseynli: “2019-cu illə müqayisədə əmlak vergisinin həcmi 54 faiz artıb”
“Xəzər rayonu Zirə bələdiyyəsinin
vergi xidmətinin əməkdaşları tərəfindən ötən
il 18.650 manat əmlak vergisi toplanılıb”- bu fikirləri Belediyye.infoya Xəzər
rayonu Zirə Bələdiyyəsinin sədri Anar Hüseynli bildirib.
Sədrin sözlərinə görə, 2019-cu
ildə müqasiyədə 54.4 faizlik artım olub.
Qeyd edək ki, 2019-cu ildə 10.145 manat əmlak
vergisi toplanılmışdı. Hazırda əmlak vergisi bələdiyyə büdcəsinin 9 faizini təşkil
edir.
Sədr bildirib ki, əgər qəsəbə
ərazisində əmlak sahiblərinin hamısının çıxarışı olsaydı, onda büdcə gəlirlərimiz
yenilənmiş BAMS proqramının dəstəyi ilə 60 faiz artıq olardı.
Hazırda vergi xidməti əməkdaşlarının
əsas vəzifələrindən biri də əhali arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Belediyye.info
Rəylər
0 Rəy