Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-01-2024 , 17:11

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Buzovna bələdiyyəsinin sədri: “Xəzər RİH-in məsələyə operativ yanaşması sakinlər tərəfindən razılıqla qarşılanıb”

“Ölkənin əksər bölgələrində olduğu kimi, Buzovna qəsəbəsi də ağ rəngə boyanıb. Qəsəbədə gecə saatlarından yağan qar hazırda zəif də olsa davam edir. Yollarda hərəkətin təmin olunması məqsədilə Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün strukturları gecədən yolların qardan təmizlənməsinə cəlb edilib.”

Bu barədə Belediyye.infoya məlumat verən  Xəzər rayonu Buzovna Bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib ki, Xəzər RİH-in məsələyə operativ yanaşması sakinlər tərəfindən razılıqla qarşılanıb. Müvafiq qurumların iştirakıyla yolların təmizlənməsi üçün xeyli sayda texnika və canlı qüvvə cəlb edilmiş, təmizlənmə işləri bu dəqiqələrdə də  davam etdirilir. Eyni zamanda, bələdiyyə qulluqçularının iştırakıyla səkilər qardan təmizlənir.

İstirahət günü olmasına  digər qurumlar kmi  bələdiyyənin  və qəsəbə icra nümayəndəliyinin kollektivi də  iş başındadır və Xəzər RİH tərəfindən bütün lazımi tədbirlər görülür ki, sakinlərin rahatlığı təmin edilsin.

Ümumiyyətlə, qəsəbənin bütün vacib strukturları normal iş rejimində çalışır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər