Telman Süleymanov: “Heydər Əliyev ilinə hər bir bələdiyyə öz töhfəsini verməyə borcludur”
“Prezident
Adminstrasiyasının və Ədliyyə Nazirliynin müvafiq qurumlarının bələdiyyələrin
qarşılaşdığı problemlərin həlliyylə bağlı həyata keçirdikləri layihələr həqiqətən
təqdirəlayiq hesab edilməlidir”-bu fikirləri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin
sədri Telman Süleymanov bələdiyyə
iclasında bildirib.
Sədrin sözlərinə görə, həyata keçirilən layihələrdən biri
kimi Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmilləşdirilməsi
və bu sistemin Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə Əmlak
məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyə büdcəsinin
yüksəlməsinə ciddi şəkildə təsir edəcəkdir.
Bu gün ərazimizdə kifayət qədər sənədsiz mənzil olsa da, sənədi
olan əmlaklardan vergi yığımında da ciddi problemlə üz-üzə qalmışıq.
İnteqrasiya bizim bu problemimizin həllinə dəstək verəcəyinə inanırıq. Təqdirəlayiq
haldır ki, bununla yanaşı Bələdiyyələrə iş mərkəzinin dəstəyi ilə BAMS-ın mobil
notariat sisteminə yaxın günlərdə əlaqələndirilməsi
nəzərdə tutulur.
Sədr çıxışında qeyd edib ki, nəticə etibariylə atılan
addımlar həm də bələdiyyənin vergi xidmətinin
bütün əməkdaşlarının məsuliyyət yükünü bir xeyli artırmış olacaqdır. Odur ki,
hazırda vergi müfəttişlərinin əsas fəaliyyəti həm də əhali arasında maarifləndimə
işinin aparılmasıdır. Hər bir bələdiyyə üzvü və qulluqçusu Heydər Əliyev ilində öz töhfəsini verməyə
borcludur.
Görüşdə bələdiyyənin üzvləri və vergi xidmətinin müdiri Rizvan Rəhimov iştirak edərək mövzu lə əlaqəli öz fikir və mülahizələrini bölüşüblər.