Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib
Yasamal bələdiyyəsi rəhbərliyinin rayon sakinləri ilə növbəti görüşü Fuad İbrahimbəyov küçəsi ev 5 və Nabat Aşurbəyova küçəsi 221 ünvanlarda keçirilib.
Görüşdə sakinlər qurumuş ağacların budanması, binaların
həyətlərində abdlıq işlərinin aparılması, məhəllədaxili yollara asfalt
örtüyünün çəkilməsi və digər məsələlərlə bağlı öz fikirlərini bildiriblər.
Sonda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Yasamal bələdiyyəsi