Elmira Əliyeva: "Bələdiyyəmiz hər zaman şəhid və qazi ailələrinin yanındadır"
Qaradağ rayonu Sahul bələdiyyəsinin sədri Elmira Əliyeva Belediyye.infoya açıqlamasında bildirib ki, dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyəti təşəbbüsü və yerli sahibkarların iştirakıyla qəsəbə ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə 200-dən qurban payı paylanılmışdır. Bayram payı alan sakinlər bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləmiş, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulamış, ölkə rəhbərliyinə xoş arzularını ifadə etmişlər.
Bələdiyyə sədri sonda bildirib ki, Sahil bələdiyyəsi mütəmadi olaraq qəsəbə ərazisində yaşayan şəhid və qazi ailələrinin sosial məişət qayğılaryıla maraqlanaraq onların həlli istiqamətində daim müxtəlif məzmunlu layihələr icra edir.