Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-07-2023 , 13:32

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi hər bir bələdiyyənin əsas vəzifələrindən biri olmalıdır”

Nərimanov RİH-in təşəbbüsü ilə Nərimanov bələdiyyəsi Qurban Bayramı münasibəti ilə sosial yardım aksiyası həyata keçirib. Belə ki, Qurban Bayramı münasibətilə Nərimanov rayonunda yaşayan şəhid, qazi və aztəminatlı ailələrə qurban payı təqdim olunub.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təşkilatın inzibatı binasında şəhid, qazi və aztəminatlı ailələrlə görüşərək onları bayram münasibəti ilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildirib, həmçinin, onların ailə üzvlərinin hər zaman dövlətin və bələdiyyənin diqqətində olduğunu vurğulayıb.

Sədr bildirib ki, şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsi hər bir bələdiyyənin əsas vəzifələrindən biridir. Odur ki, hər bir bələdiyyə maliyyə imkanları daxilində sosial layihələrin keçirilməsini diqqətdə saxlamalıdır.  

Şəhid, qazi və aztəminatlı ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər