Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-06-2023 , 16:31

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə sədri: “Qəsəbə bələdiyyəsinin əsas vəzifələrindən biri bu gün şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsidir” 

Badamdar bələdiyyəsi Səbail RİH-in təşəbbüsü ilə  Qurban bayramı münasibətilə şəhid və qazi ailələrinə bayram payı təqdim edib. Bu barədə  məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təzəxan Məmmədov bildirib.

Sədrin sözlərinə görə, qəsəbə bələdiyyəsinin əsas vəzifələrindən biri bu gün şəhid və qazi ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsidir.

Odur ki, qəsəbə şəhidlərinin xatirəsi bələdiyyə tərəfindən daim əziz tutularaq onların hər birinin yaşadıqları binalarda və mənzillərdə xatirə lövhələri vurulmuşdur. Bununla yanaşı bələdiyyə iclasının qərarıyla xatirə lövhələrinin ətrafı abadlaşdırılaraq gül-çiçəkliklər əkilmiş, ərazilərə daim qulluq göstərilməkdədir.

Qurban bayramı münasibətiylə isə Badamdar bələdiyyəsi  Səbail  Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilən bu təşəbbüs çərçivəsində şəhid və qazi ailələrinə baş çəkilərək onlara bayram payı verilmişdir. Sosial aksiya çərçivəsində Badamdar bələdiyyəsi tərəfindən 200-dən çox şəhid və qazi ailəsinə yardım edilib.

Sədrin sözlərinə görə, Badamdar bələdiyyəsi sosial aksiyalar vasitəsilə qəsəbənin şəhid, qazi və aztəminatlı  sakinlərinə, o cümlədən həssas əhali qruplarına dəstək göstərməyə davam edəcəkdir.

Görüşlərdə bu ailələrin hər biri saflıq və mərhəmətin rəmzi olan Qurban bayramı münasibətilə təbrik edilib, onlara əmin-amanlıq, cansağlığı və ruzi-bərəkət arzulanıb.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər