Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2023 , 00:53

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İcra başçısı: "Xətai bələdiyyəsinin dəstəyi ilə parkın salınması sevindirici haldır"

Xətai bələdiyyəsinin maliyyə dəstəyi ilə yenidən qurulan park uşaqların istifadəsinə verilib  

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Xətai rayonunda növbəti parkın açılışı həyata keçirilib. 

Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və qazi övladları, habelə Xətai bələdiyyəsinin üzv və qulluqçuları  qatılıblar.

Əvvəlcə tədbir iştirakçıları parkda görülən işlərlə tanış olublar.  Qeyd edək ki, Xətai bələdiyyəsinin maliyyə dəstəyi ilə rayonun Məhəmməd Hadi küçəsi 113 sayı ünvanda yerləşən parkda 300-ə yaxın “Eldar şamı” və küknar ağacı əkilərək arqotexniki qulluq göstərilməkdədir. 

Bununla yanaşı parkda yeni işıqlandırma sistemi, habelə mühafizə kameraları  quraşdırılmışdır. Uşaqların asudə vaxtının səmərəli təşkili üçün ərazidə  rəngarəng idman qurğuları quraşdırılmışdır. 

Bununla yanaşı parkın girişində avtodayanacağın fəaliyyət göstərməsi üşün şərati yaradılmışdır.

Tədbir çərçivəsində Xətai Rayon Ağsaqqallar Şurasının fəaliyyəti üçün inzibati mərkəzin də açılışı olub. Ən müasir standartlara cavab verən inzibati bina da ağsaqqalların fəaliyyəti üçün tam şərait yaradılmışdır.

Açılış mərasimində Xətai RİH başçısı Rafiq Quluyev rayon bələdiyyəsinin fəaliyyətinə yüksək qiymət vermişdir:  "Xətai bələdiyyəsinin dəstəyi ilə parkın salınması sevindirici haldır". 

 İcra başçısının sözlərinə görə, son illərədək bələdiyyəni fəaliyyəsizlikdə qınayanlar Xətai bələdiyyəsinin maliyyə dəstəyi ilə açılışını etdiyimiz parkı ziyarət etsinlər. Bu gün rayon ərazisində həyata keçirilən bütün layihələrdə rayon bələdiyyəsinin öz töhfəsi vardır.

Xətai Rayon Ağsaqqallar Şurasının sədri, professor İzzət Rüstəmov çıxış edərək şuranın fəaliyyəti üçün yaradılan şəraitə  görə təşəkkürünü bildirmişdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər