Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-05-2023 , 17:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Binəqədi bələdiyyəsinin iştirakıyla daha bir layihəyə yekun vurulub

"Binəqədi bələdiyyəsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti maraqlı bir layihəyə yekun vurub" -bu fikri adıçəkilən bələdiyyənin sədri Mürsəl Eminov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyə iclasının qərarıyla təsdir edilmiş proqrama əsasən 27.05.2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi Rayon Bələdiyyəsinin dəstəyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Azadlıq prospekti 170/14 ünvanında yerləşən rumın bəstəkarı Corce Enesku adına parkda skate meydançasında gənclər arasında BMX və skateboarding idman növləri üzrə velosipedçilərin və skeytçilərin yarışı keçirilib.
Mərhələlərarası fasilə saatlarında gənclərin ifasında konsert proqramından ibarət bədii hissə yer alıb.
Sonda qaliblər 1-ci, 2-ci və 3-cü yerlər üzrə "Fəxri fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Sədr bildirib ki, ilin sonunadək daha bir sıra layihənin icrası həyata keçirilməsi nəzərdə tutulub.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər