Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-05-2023 , 14:34

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Vüsal Poladov: “Vergi borclarının yığılmasıyla bağlı məsələlərin hüquqi prosedurunun icrasında hər hansı problem yaşanmır”

“Xəzər rayonu Buzovna bələdiyyəsi vergi borcu olan vətəndaşlarla mütəmadi olaraq görüşlər keçirir. Ardıcıl keçirilən görüşlərdən sonra vergi ödəməyənlərlə bağlı bələdiyyə iclasının qərarıyla qəbul edilmiş aktları Ədliyyə nazirliyinin İcra şöbəsinə göndərir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin hüquqşünası Vüsal Poladov bildirib.

Hüquqşünasın bildirdiyinə görə, ötən il ərzində vergi ödəməyən 66 vergi ödəyicisi haqqında tərtib edilmiş aktlar  icra şöbəsinə göndərilib. Onların birlikdə ödəyəcəyi məbləğ  30.545 manat olub.  Vergi borcu olanların  40 nəfəri  borcu tam şəkildə,  6 nəfəri hissəli şəkildə ödəyiblər. Bu istiqamətdən bələdiyyə büdcəsinə il ərzində 23.300 manat maliyyə vəsaiti daxil olub.

Cari ilin dörd ay ərzində isə 45 nəfər haqqında tərtib edilmiş akt icra şöbəsinə göndərilb.  Onların ödəyəcəyi məbləğ isə 19.106 manat olmalı idi.  45 nəfərdən hələ ki 15 nəfər tam,  3 nəfər isə hissəli şəkildə borcu ödəyiblər. İlin sonundək 27 nəfərin borcu ödəyəcəyinə inanırıq. Hazırda ödənilən məbləğ 6.740 manat təşkil edir.

Hər halda vergi borclarının yığılmasıyla bağlı məsələlərin hüquqi prosedurunun icrasında hər hansı problem yaşanmır. Bələdiyyənin vergi xidməti bütün hallarda vergilərin toplanılmasıyla ciddi addımlar atır.     

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər