Bakıxanov bələdiyyəsi Beynəlxalq Ailə günü ilə bağlı tədbir keçirib
Bakıxanov bələdiyyəsi Beynəlxalq Ailə günü münasibətilə uzunömürlü ailəni ziyarət ediblər
Bu gün 15 May 2023- cü il tarixdə Beynəlxalq Ailə günü münasibətilə Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin Gender məsələləri üzrə komissiyasının üzvləri Bakıxanov qəsəbəsində yaşayan uzunömürlü ailəyə ziyarət ediblər.
55 il birlikdə ömür sürən Mirzəyevlər ailəsi ilə Bakıxanov bələdiyyəsinin məsul işçiləri mənzillərində görüşərək Beynəlxalq Ailə Günü münasibəti ilə onları təbrik etmişlər.
Görüş iştirakçıları ailə dəyərlərinin qorunub saxlanılması,yaşlı nəsillərə hörmət, uzunömürlü ailələrin nümunə kimi təqdim edilməsi, gənclərin ailə həyatına hazırlığı gələcək nəsillərə adət- ənənəsinin ötürülməsi məsələləri müzakirə etmişlər.
Sabunçu rayonu Bakıxanov bələdiyyəsi