Mətləb Əliyev: “Buzovna bələdiyyəsi bundan sonra da həyata keçirəcəyi layihələri yüksək səviyyədə icra etməklə yubiley ilinə öz töhfəsini verəcəkdir ”
Mətləb
Əliyev: “Buzovna bələdiyyəsi bundan sonra da həyata
keçiriləcək layihələri yüksək səviyyədə icra etməklə yubiley ilinə öz töhfəsini vermiş olacaqdır ”
“Ulu öndər Heydər Əliyevin 100 illik
yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsi təsdiq etdiyi xüsusi proqrama uyğun
olaraq qəsəbə ərazisində çoxsaylı layihələri icra edir”- bu fikirləri
Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev
bildirib.
Sədrin sözlərinə görə, yubiley ilində vətəndaş
müraciətlərinə əsasən artıq iki irihəcmli layihəni başa çatdırıb. Bu gün isə qəsəbənin Mirzağa Əliyev küçəsinin
bir hissəsində aparılan asfalt işlərinə yekun vurulub. Bu layihəni icra etməklə
ərazidə yaşayan 50-dən artıq ailəsinin
gediş gəlişində rahatlığı təmin etmiş olduq.
Buzovna bələdiyyəsi olaraq ölkə başçısı İlham Əliyevin daim tələb etdiyi
kimi, xalqın xidmətiçi olaraq vətəndaş məmnunluğunu təmin etmək üçün daim var qüvvəmizlə çalışırıq.
Bunun üçün isə ilk növbədə büdcə gəlirlərmizi artırmağı qarşımıza məqsəd
qoymuşuq. Vergi xidmətinin əməkdaşları mütəmadi olaraq vergi ödəyiciləriylə
maarifləndirici görüşlər keçirir, borclu vergi ödəyicilərmizin olmamasına çalışırıq.
Sədr sonda bildirib ki, Ulu öndər Heydər Əliyevin
100 illik yubileyi ilə əlaqədar Buzovna bələdiyyəsinin bütün üzvləri və
kollektivi təsdiq edilmiş proqrama uyğun olaraq bundan sonra da həyata keçiriləcək layihələri yüksək səviyyədə icra
etməklə yubiley ilinə öz töhfəsini vermiş
olacaqdır. Bələdiyyəmiz bundan sonra da fəaliyyətimizdə
vətəndaş-bələdiyyə münasibətlərinin şəffaf və demokratik prinsiplərə uyğun
inkişafına çalışacaqdır.
Belediyye.info