Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-05-2023 , 19:54

Son xəbərlər

Bütün xəbərlər

Solovyov erməni milyonçuların puluna satılıb

Gündəlik Xəbərlər
27-03-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +
Tədbir Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib

Binəqədi rayon Binəqədi Bələdiyyəsinin təşkilatçılığı ilə, 9-cu mikrorayon, M.Cəlal küçəsi 143 ünvanında yerləşən 144 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin məsul əməkdaşları, YAP Binəqədi rayon təşkilatının əməkdaşı, eyni zamanda Binəqədi rayon Bələdiyyəsinin komissiya üzvü Kübra Əliyarlı və digər təşkilatların əməkdaşları iştirak edirdilər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbiri giriş sözü ilə açan 144 nömrəli məktəbin direktoru İlahə Həmidova qonaqları salamlayaraq qeyd etdi ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.
Sonra bədii hissə üçün söz 144 nömrəli məktəbdə təhsil alan şagirdlərə verildi. Şagirdlərin ifasında müxtəfil səhnəciklər, şeirlər, rəqs, mahnı nümünələri, Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxlar ilə tədbir davam etdirildi.
Binəqədi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə şagirdlər arasında keçirilən "Tarix yaradan şəxsiyyət" adlı inşa müsabiqəsinin qaliblərinə Təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olundu.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
Binəqədi bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər