Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-04-2023 , 20:41

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mərdəkan bələdiyyəsi  “Nəciblik və mənəvi paklıq timsalı” mövzusunda  inşa yazı müsabiqəsinə yekun vurub

Mərdəkan bələdiyyəsi  “Nəciblik və mənəvi paklıq timsalı” mövzusunda  inşa yazı müsabiqəsinə yekun vurub

Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında Böyük İctimai Xadim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Nəciblik və mənəvi paklıq timsalı” mövzusunda  inşa yazı müsabiqəsinə 19.04.2023-cü il tarixdə yekun vuruldu.  

Zərifə Xanım Əliyeva Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi şəxsiyyətin - Ümummilli Lider  Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O,həmişə Ulu Öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanım oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım, ziyalı, şəfalı əlləri ilə gözlərə işiq bəxş edən mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi. O, həm də Azərbaycan xalqına layiqli övladlar yetişdirən gözəl ana olub. Onun zəngin elmi irsi, oftalmologiyanın  müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı  fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

Sonda inşa yazı müsabiqəsinin qaliblərinə Mərdəkan bələdiyyəsinin sədr müavini  tərəfindən “Diplom”lar təqdim olundu.

Xəzər rayonu Mərdəkan bələdiyyəsi  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər