Yasamal bələdiyyəsi ağacəkmə aksiyası keçirib
Yasamal
bələdiyyəsi ağacəkmə aksiyası keçirib
Azərbaycanda geniş qeyd edilən "Heydər Əliyev ili" çərçivəsində Yasamal rayonunda müxtəlif tədbir və aksiyalar davam edir. Bununla əlaqədar Yasamal bələdiyyəsi tərəfindən ağacəkmə aksiyası keçirib. Aksiya rayondakı 52 və 161 saylı tam ortǝ məktəblərin ərazisində baş tutub. Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, məktəblərin rəhbər heyəti, müəllim kollektivi və şagirdlər fəal iştirak ediblər
Aksiya zamani giparis, Eldar şamı və digər növ ağaclar əkilib, ərazidə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd Yasamal rayonunda yaşıllıq əraziləri genişləndirmək və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Yasamal bələdiyyəsi