Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-11-2026 , 20:55

221

Son xəbərlər

Bütün xəbərlər

Ədliyyə nazirliyində videoqəbul keçirilib

Gündəlik Xəbərlər
26-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əlfəddin Həsənov: “SMS vergi məlumatlandırma mexanizminin tətbiqi ölkə bələdiyyələr arasında ilk təcrübələrdən biri olub”

Sabunçu Bələdiyyəsi yerli özünüidarəetmə sistemində müasir idarəçilik prinsiplərinin tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların bələdiyyə fəaliyyətinə inteqrasiyası istiqamətində mühüm təşəbbüslər həyata keçirmişdir.

Bu barədə Sabunçu Bələdiyyəsinin sədri Əlfəddin Həsənov məlumat verib.

Sədr bildirib ki, 2017-ci ildə Sabunçu qəsəbəsində həyata keçirilən dislokasiya prosesi bələdiyyənin idarəçilik fəaliyyətində yeni mərhələnin başlanğıcı olub. Bu proses vergi ödəyicilərinin, mülkiyyət və təsərrüfat obyektlərinin müəyyənləşdirilməsi, vergi uçotunun sistemləşdirilməsi və mövcud məlumat bazasının dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.

Dislokasiya tədbirləri nəticəsində bələdiyyə ərazisində vergi inzibatçılığının daha sistemli və ünvanlı şəkildə təşkili üçün zəmin yaradılıb. Bu yanaşma vergi uçotunun təkmilləşdirilməsi ilə yanaşı, yerli özünüidarəetmədə şəffaflığın, hesabatlılığın və idarəetmə səmərəliliyinin artırılmasına da xidmət edib.

Sabunçu Bələdiyyəsinin innovativ fəaliyyətində növbəti mühüm mərhələ 2020-ci ildən etibarən vergi ödəyicilərinin elektron SMS bildirişləri vasitəsilə məlumatlandırılması sisteminin tətbiqi olub.

Yeni mexanizm vasitəsilə vergi ödəyicilərinə vergi öhdəlikləri, ödəniş müddətləri və digər müvafiq məlumatlar elektron qaydada çatdırılmağa başlanılıb. Bu, ənənəvi məlumatlandırma üsullarından müasir kommunikasiya vasitələrinə keçid istiqamətində atılmış mühüm addım olub.

Əlfəddin Həsənovun sözlərinə görə, 2017-ci ildə dislokasiya sisteminin yaradılması və 2020-ci ildən elektron SMS vergi məlumatlandırma mexanizminin tətbiqi Azərbaycan üzrə bələdiyyələr arasında ilk belə təcrübələrdən biri olub.

Bu təşəbbüslər Sabunçu bələdiyyəsinin fəaliyyətində yalnız inzibati məsələlərin həllinə deyil, həm də rəqəmsal idarəçilik modelinin formalaşdırılmasına yönəlmiş strateji yanaşmanın göstəricisidir.

Məhz bu addımlar nəticəsində cari ilin on ayı ərzində əldə onunan büdcə gəliri ötən  illə müqayisədə 23 faiz artıb. Belə ki, ötən ilin on ayı ərzində 184.182 manat əldə edildiyi halda, cari lin on ayı ərzində 225.769 manat əldə olunub.

Sədr qeyd edib ki,  2017-ci ildən başlanılan dislokasiya prosesi və 2020-ci ildən tətbiq edilən elektron SMS vergi məlumatlandırma sistemi yerli özünüidarəetmədə innovasiyanın, texnoloji yenilənmənin və müasir idarəçilik mədəniyyətinin inkişafı baxımından əhəmiyyətli təcrübə kimi qiymətləndirilə bilər.

“Sabunçu bələdiyyəsinin bu təcrübəsi yerli idarəetmədə rəqəmsallaşmanın əhəmiyyətini nümayiş etdirməklə yanaşı, bələdiyyələrin gələcək inkişafı üçün də mühüm istiqamət müəyyənləşdirir”- bu fikirləri də adıçəkilən bələdiyyənin sədri deyib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər