Əlfəddin Həsənov: “SMS vergi məlumatlandırma mexanizminin tətbiqi ölkə bələdiyyələr arasında ilk təcrübələrdən biri olub”
Sabunçu Bələdiyyəsi yerli özünüidarəetmə sistemində müasir idarəçilik prinsiplərinin tətbiqi, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların bələdiyyə fəaliyyətinə inteqrasiyası istiqamətində mühüm təşəbbüslər həyata keçirmişdir.
Bu barədə Sabunçu Bələdiyyəsinin sədri Əlfəddin Həsənov məlumat
verib.
Sədr bildirib ki, 2017-ci ildə Sabunçu qəsəbəsində həyata
keçirilən dislokasiya prosesi bələdiyyənin idarəçilik fəaliyyətində yeni mərhələnin
başlanğıcı olub. Bu proses vergi ödəyicilərinin, mülkiyyət və təsərrüfat
obyektlərinin müəyyənləşdirilməsi, vergi uçotunun sistemləşdirilməsi və mövcud
məlumat bazasının dəqiqləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Dislokasiya tədbirləri nəticəsində bələdiyyə ərazisində
vergi inzibatçılığının daha sistemli və ünvanlı şəkildə təşkili üçün zəmin
yaradılıb. Bu yanaşma vergi uçotunun təkmilləşdirilməsi ilə yanaşı, yerli
özünüidarəetmədə şəffaflığın, hesabatlılığın və idarəetmə səmərəliliyinin
artırılmasına da xidmət edib.
Sabunçu Bələdiyyəsinin innovativ fəaliyyətində növbəti mühüm
mərhələ 2020-ci ildən etibarən vergi ödəyicilərinin elektron SMS bildirişləri
vasitəsilə məlumatlandırılması sisteminin tətbiqi olub.
Yeni mexanizm vasitəsilə vergi ödəyicilərinə vergi öhdəlikləri,
ödəniş müddətləri və digər müvafiq məlumatlar elektron qaydada çatdırılmağa
başlanılıb. Bu, ənənəvi məlumatlandırma üsullarından müasir kommunikasiya vasitələrinə
keçid istiqamətində atılmış mühüm addım olub.
Əlfəddin Həsənovun sözlərinə görə, 2017-ci ildə dislokasiya
sisteminin yaradılması və 2020-ci ildən elektron SMS vergi məlumatlandırma
mexanizminin tətbiqi Azərbaycan üzrə bələdiyyələr arasında ilk belə təcrübələrdən
biri olub.
Bu təşəbbüslər Sabunçu bələdiyyəsinin fəaliyyətində yalnız
inzibati məsələlərin həllinə deyil, həm də rəqəmsal idarəçilik modelinin
formalaşdırılmasına yönəlmiş strateji yanaşmanın göstəricisidir.
Məhz bu addımlar nəticəsində cari ilin on ayı ərzində əldə
onunan büdcə gəliri ötən illə müqayisədə
23 faiz artıb. Belə ki, ötən ilin on ayı ərzində 184.182 manat əldə edildiyi
halda, cari lin on ayı ərzində 225.769 manat əldə olunub.
Sədr qeyd edib ki, 2017-ci ildən başlanılan dislokasiya prosesi və
2020-ci ildən tətbiq edilən elektron SMS vergi məlumatlandırma sistemi yerli
özünüidarəetmədə innovasiyanın, texnoloji yenilənmənin və müasir idarəçilik mədəniyyətinin
inkişafı baxımından əhəmiyyətli təcrübə kimi qiymətləndirilə bilər.
“Sabunçu bələdiyyəsinin bu təcrübəsi yerli idarəetmədə rəqəmsallaşmanın əhəmiyyətini nümayiş etdirməklə yanaşı, bələdiyyələrin gələcək inkişafı üçün də mühüm istiqamət müəyyənləşdirir”- bu fikirləri də adıçəkilən bələdiyyənin sədri deyib.
Belediyye.info
Rəylər
0 Rəy