Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-11-2026 , 01:01

121

Son xəbərlər

Bütün xəbərlər

Zəfərin əbədi varisləri

Elmi-Praktik Məsələlər
07-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu rayon bələdiyyələrində büdcə gəlirlərinin artım səviyyəsi yeddi faizə yaxın olub


Binəqədi rayonunda beş bələdiyyə – Binəqədi, Binəqədi qəsəbə, Biləcəri, Xocəsən və M.Ə.Rəsulzadə bələdiyyələri fəaliyyət göstərir. Büdcə gəlirlərinin təhlili hesabat dövründə həm rayon, həm də ayrı-ayrı bələdiyyələr üzrə fərqli dəyişmə meyillərinin müşahidə olunduğunu göstərir.

Binəqədi bələdiyyəsi üzrə büdcə gəlirləri 557 566 manatdan 657 621 manata yüksələrək 100 055 manat və ya 18% artmışdır. Bu göstərici hesabat dövründə gəlirlərin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.

Binəqədi qəsəbə bələdiyyəsində gəlirlər 285 652 manatdan 319 644 manata yüksəlmiş, artım 33 992 manat və ya 12% təşkil etmişdir. M.Ə.Rəsulzadə qəsəbəsi üzrə gəlirlər 563 975 manatdan 576 081 manata, Biləcəri qəsəbəsində isə 367 701 manatdan 374 182 manata çatmışdır. Müvafiq olaraq, bu ərazilərdə 12 106 manat (2%) və 6 481 manat (2%) artım qeydə alınmışdır.

Xocəsən bələdiyyəsində isə gəlirlər 259 112 manatdan 242 296 manata enmişdir. Bu, 16 816 manat və ya 6% azalma deməkdir. Beləliklə, hesabat dövründə beş bələdiyyədən dördündə gəlirlərin artması, birində isə azalması müşahidə olunmuşdur.

Rayon üzrə ümumi göstəricilərə nəzər saldıqda, beş bələdiyyənin büdcə gəlirlərinin cəmi əvvəlki dövrdə 2 034 006 manat, hesabat dövründə isə 2 169 824 manat təşkil etmişdir. Nəticədə, ümumi gəlirlər 135 818 manat və ya 6,7% artmışdır. Bu artımın formalaşmasında xüsusilə Binəqədi bələdiyyəsinin 18%-lik və Binəqədi qəsəbə bələdiyyəsinin 12%-lik artımı mühüm rol oynamışdır. Xocəsən bələdiyyəsində qeydə alınan azalma isə ümumi müsbət dinamikanı qismən zəiflətmişdir.

Ümumilikdə, Binəqədi rayonu üzrə bələdiyyə büdcələrinin gəlirlərində müsbət dinamika qeydə alınsa da, artımın ərazilər üzrə qeyri-bərabər paylanması diqqət çəkir. Bu baxımdan, gəlirlərin azalması və ya aşağı artım tempi müşahidə olunan bələdiyyələrdə büdcə daxilolmalarının mövcud potensialının qiymətləndirilməsi, gəlir mənbələrinin genişləndirilməsi və daxilolmaların artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədəuyğundur.

P.S. P.S. Maliyyə rəqəmləri  ABMA-nın Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi tərəfindən təqdim edilib

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
909