Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-11-2026 , 21:51

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nailə Nəsirova: “Zabrat bələdiyyəsi şəhid ailələrinin müraciətlərini daim diqqətdə saxlayır”

Zabrat bələdiyyəsi növbəti sosial əhəmiyyətli layihənin icrasını başa çatdırıb.

Zəfər Günü ərəfəsində Zabrat qəsəbəsində Gültəkin Əsgərova küçəsində, eləcə də Fərman Salmanov küçəsində şəhid Rüfət Eyvazlının  yaşadığı evin qarşısında abadlıq və təmizlik işləri həyata keçirilib. Sözügedən ərazilərdə küçəyə asfalt örtüyü çəkilib, ətrafda təmizlik işləri aparılaraq sakinlərin rahatlığı üçün müvafiq şərait yaradılıb.

Məsələ ilə bağlı Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova bildirib ki, şəhid ailələrinə diqqət və qayğı bələdiyyənin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir:

“Zabrat bələdiyyəsi olaraq şəhid ailələrinin müraciətlərini, onların qaldırdıqları problemləri daim diqqətdə saxlayırıq. Eyni zamanda, qazilərimizin sosial-məişət qayğıları ilə maraqlanır, bələdiyyənin səlahiyyətləri və imkanları çərçivəsində mövcud problemlərin həllinə dəstək göstərməyə çalışırıq. Bizim üçün şəhid ailələrinə və qazilərimizə diqqət göstərmək yalnız vəzifə deyil, həm də mənəvi borcdur.

Bu istiqamətdə işlərimiz bundan sonra da davam etdiriləcək, sakinlərin müraciətləri diqqətlə araşdırılaraq imkanlarımız daxilində zəruri tədbirlər görüləcək”.

Qeyd edək ki, Zabrat bələdiyyəsi qəsəbədə abadlıq-quruculuq işlərinin genişləndirilməsi, infrastrukturun yaxşılaşdırılması, şəhid ailələri və qazilərin sosial problemlərinin həlli istiqamətində fəaliyyətini davam etdirir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər