Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-11-2026 , 19:40

136

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu bələdiyyədə  büdcə layihəsi müzakirə olunub: BƏLƏDİYYƏ SƏDRİ YAZIR


09 oktyabr 2026-cı il tarixində Sabunçu Bələdiyyəsinin iclasında 2027-ci il üçün büdcə layihəsi müzakirəyə çıxarılmışdır. Müzakirələr zamanı bələdiyyənin ötən dövrlər üzrə büdcə gəlirlərinin dinamikası, növbəti il üçün nəzərdə tutulan gəlir və xərclər, eləcə də yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi istiqamətləri ətraflı nəzərdən keçirilmişdir.

Qeyd etmək istəyirəm ki, Sabunçu Bələdiyyəsinin büdcə gəlirlərində son dövrlərdə müsbət artım dinamikası müşahidə olunur. Belə ki, 2025-ci ilin ilk 10 ayında büdcə gəlirləri 216 706 manat, 2026-cı ilin müvafiq dövründə isə 253 792 manat təşkil etmişdir. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artım deməkdir.

Göstərilən müsbət dinamika nəzərə alınaraq, 2027-ci il üçün bələdiyyə büdcəsinin gəlirlərinin 284 000 manat həcmində proqnozlaşdırılması təklif edilmişdir.

Büdcə gəlirlərinin daha da artırılması məqsədilə müzakirələr zamanı Dövlət Reyestri Xidmətindən daşınmaz əmlakla bağlı çıxarışların əldə olunması və bu istiqamətdə müvafiq işlərin aparılması barədə təklif də irəli sürülmüşdür. Hesab edirik ki, bu tədbirlər bələdiyyənin gəlir bazasının genişləndirilməsinə və yerli büdcənin maliyyə imkanlarının artırılmasına töhfə verə bilər.

2027-ci il üçün büdcə xərclərinin ümumi həcminin 284 000 manat olması nəzərdə tutulmuşdur. Xərclərin əsas istiqamətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. Yerli özünüidarəetmə orqanının saxlanılması – 157 000 manat.

2. Sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsi – 92 000 manat.

Bu istiqamət üzrə vəsaitin aşağıdakı tədbirlərə yönəldilməsi planlaşdırılır:

Mədəni-kütləvi və bayram tədbirlərinin təşkili – 6 000 manat;

Əhaliyə sosial yardımların göstərilməsi – 7 500 manat;

Aztəminatlı ailələrə mənsub vəfat etmiş şəxslərin dəfn və yas mərasimlərinin təşkili ilə bağlı xərclər – 3 000 manat;

Qəbiristanlıqların saxlanılması və abad vəziyyətdə qorunması – 12 000 manat;

Bələdiyyə yollarının saxlanılması və təmiri – 35 000 manat;

Ərazidə abadlıq və quruculuq işlərinin aparılması – 28 500 manat.

3. Digər xərclər – 35 000 manat.

Büdcə layihəsində nəzərdə tutulan vəsaitlərin əsas məqsədi yerli özünüidarəetmə fəaliyyətinin səmərəliliyinin artırılması, sosial həssas əhali qruplarına dəstəyin göstərilməsi, infrastrukturun yaxşılaşdırılması, yolların və qəbiristanlıqların saxlanılması, eləcə də Sabunçu qəsəbəsində abadlıq və quruculuq işlərinin davam etdirilməsidir.

Əsas məqsədimiz bələdiyyənin maliyyə imkanlarından səmərəli və şəffaf istifadə etməklə sakinlərin gündəlik həyatına müsbət təsir göstərən layihə və tədbirləri həyata keçirməkdir. Bu baxımdan, büdcə gəlirlərinin artırılması, mövcud resursların düzgün bölüşdürülməsi və əhalinin sosial rifahının yüksəldilməsi fəaliyyətimizin prioritet istiqamətləridir.

İnanıram ki, 2027-ci il üçün nəzərdə tutulan büdcə tədbirlərinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi Sabunçu qəsəbəsinin sosial-iqtisadi inkişafına, ərazinin abadlaşdırılmasına və sakinlərin rifahının yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir.

Əlfəddin Həsənov

Sabunçu Bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər