Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-10-2026 , 00:22

119

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştağa bələdiyyəsi cari ildə əldə olunan nəticələri və növbəti ilin hədəflərini açıqlayıb

Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov cari ildə görülən işlər, yerli büdcə gəlirlərində qeydə alınan artım və növbəti il üçün qarşıya qoyulan hədəflərlə bağlı açıqlama verib.

O bildirib ki, cari il ərzində bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti hesabına qəsəbə ərazisində bir sıra layihələr həyata keçirilib. Görülən işlərin əsas hissəsini qəsəbədaxili yollarda abadlıq tədbirləri, qəsəbəətrafı yollara çınqıl tökülməsi, eləcə də bir müddət əvvəl baş verən güclü yağışlar zamanı yaranmış problemlərin aradan qaldırılmasına dəstək göstərilməsi təşkil edib.

Anar Adıgözəlovun sözlərinə görə, cari ildə yerli büdcə gəlirlərinin təxminən 60 faiz artması həm görülən işlərin, həm də kollektivin birgə fəaliyyətinin nəticəsidir.

Bələdiyyə sədri növbəti il üçün əsas hədəflərdən də danışıb. O qeyd edib ki, qarşıdakı dövrdə əsas məqsədlərdən biri yeni inzibati binada fəaliyyətə başlamaq, digəri isə büdcə gəlirlərini bir milyon manat həddinə çatdırmaqdır.

“Bələdiyyənin bu hədəflərə çatmaq üçün potensialı var. Vergi xidməti orqanımız Bələdiyyələrin Vahid İnformasiya Sisteminin yaratdığı imkanlardan maksimum dərəcədə yararlanmağa çalışır. İnanırıq ki, qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq. Doqquz ayın nəticələrinə əsasən, artım faizinə görə ölkə üzrə beşinci, faktiki yığım həcminə görə isə qəsəbə bələdiyyələri arasında ikinci yerdə qərarlaşmağımız bizim üçün mühüm nailiyyətdir. Növbəti ildə də bu artım tempini qoruyub saxlamağa çalışacağıq”, – deyə Anar Adıgözəlov bildirib.

Bələdiyyə sədri vurğulayıb ki, qarşıdakı dövrdə də yerli büdcə gəlirlərinin artırılması, ərazidə abadlıq işlərinin davam etdirilməsi və sakinlərin qarşılaşdıqları problemlərin həllinə dəstək göstərilməsi əsas fəaliyyət istiqamətləri olaraq qalacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
787