Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-10-2026 , 19:26

203

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bu yenilik insan resurslarından effektiv istifadəsinə imkan yaradacaq: BƏLƏDİYYƏ SƏDRİ YAZIR


 Zığ Bələdiyyəsində vergi daxilolmalarının artırılması əsasən yeni əldə edilmiş çıxarışlar əsasında evlərin vergi uçotuna alınması, eləcə də uzunmüddətli vergi borcu olan vətəndaşların borclarının qanunvericiliyə uyğun qaydada İcra və Probasiya Xidmətinə yönləndirilməsi hesabına mümkün olur.

Nəzərə alsaq ki, Zığ Bələdiyyəsinin inzibati ərazisinin xeyli hissəsi neft torpaqlarından ibarətdir, bu səbəbdən torpaq vergisi üzrə daxilolmaların əhəmiyyətli dərəcədə artacağını gözləmək məqsədəuyğun hesab edilmir.

Növbəti ildən vergi bildirişlərinin onlayn qaydada təqdim olunmasına başlanılmasını müsbət addım və bələdiyyə fəaliyyətində tam rəqəmsallaşmaya keçid istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk. Bu yenilik vergi inzibatçılığının daha səmərəli təşkilinə, iş proseslərinin optimallaşdırılmasına və insan resurslarından daha effektiv istifadəyə imkan yaradacaq. Eyni zamanda, bildirişlərin elektron qaydada təqdim edilməsi vergi müfəttişlərinin iş yükünün azalmasına, gələcəkdə işçi sayının optimallaşdırılmasına və bununla da bələdiyyənin əməkhaqqı fonduna düşən xərclərin azaldılmasına şərait yarada bilər.

Onlayn bildiriş sisteminin tətbiqi, həmçinin vergi inzibatçılığında şəffaflığın artırılması, vətəndaşlarla kommunikasiyanın asanlaşdırılması və vergi öhdəlikləri barədə məlumatların daha operativ şəkildə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sistemin uğurla tətbiq olunması üçün hazırda BAMS sistemində qeydiyyatda olan vətəndaşların fərdi məlumatlarının dəqiqliyinin və düzgünlüyünün təmin edilməsi istiqamətində ciddi hazırlıq işləri aparılır, mövcud məlumatlar yoxlanılır və zəruri düzəlişlər edilir.

İnanırıq ki, rəqəmsal həllərin tətbiqi bələdiyyənin fəaliyyətinin daha səmərəli və şəffaf təşkilinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə və büdcə daxilolmalarının idarə edilməsinin daha da yaxşılaşdırılmasına töhfə verəcək.

Arzu Aslanova

Suraxanı rayonu, Zığ Bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər