Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-10-2026 , 18:55

106

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Şəhidlərin Xatirə Parkının qorunması hər birimizin vətəndaşlıq borcudur”

“Binəqədi qəsəbəsində yerləşən “41-45 və Şəhidlərin Xatirə Parkı”nda sakinlərin müraciətləri nəzərə alınaraq ərazidə təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb”- bu barədə Belediyye.infoya  Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov deyib.

Sədr açıqlamasında bildirib ki, görülən tədbirlərin əsas məqsədi park ərazisində ictimai asayişin və təhlükəsizliyin qorunması, eləcə də baş verə biləcək neqativ halların qarşısının vaxtında alınmasıdır.

“Parkın təhlükəsizliyi ilə bağlı sakinlər tərəfindən edilən müraciətlər diqqətdə saxlanılıb. Bu məqsədlə ərazidə müşahidə kameraları quraşdırılıb. Bununla yanaşı, parkın ətraf ərazisi səliqəyə salınıb, mövcud taxta konstruksiyalarda təmir işləri aparılıb. Görülən tədbirlər nəticəsində park bərpa olunaraq sakinlərin istifadəsinə yenidən təqdim edilib”, – deyə Bəylər Həsənova qeyd edib.

Bələdiyyə sədri vurğulayıb ki, Şəhidlərin Xatirə Parkı sadəcə istirahət məkanı deyil, şəhidlərimizin əziz xatirəsini yaşadan xüsusi və müqəddəs məkandır.

“Bu parkın qorunması, təmiz saxlanılması və burada yaradılmış şəraitə qayğı ilə yanaşılması hər birimizin vətəndaşlıq borcudur. Sakinlərimizi parkda yaradılmış imkanlardan düzgün istifadə etməyə, təmizlik qaydalarına riayət etməyə, yaşıllıqlara və parkın əmlakına zərər vurmamağa çağırırıq”, – deyə Bəylər Həsənova bildirib.

Bəylər Həsənova əlavə edib ki, parkın abad və təhlükəsiz vəziyyətdə saxlanılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək:

“Gəlin birlikdə Şəhidlərin Xatirə Parkını qoruyaq, şəhidlərimizin əziz xatirəsinə hörmətimizi əməli şəkildə göstərək və bu məkanı gələcək nəsillərə daha səliqəli, təhlükəsiz və gözəl şəkildə çatdıraq”.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1978