Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-10-2026 , 23:21

90

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Məqsədimiz vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunmasıdır

7 oktyabr 2026-cı il tarixində  Qobustan qəsəbəsinin inzibati ərazisində yaranmış problemin operativ şəkildə aradan qaldırılması məqsədilə bələdiyyənin təşkilatçılığı ilə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Mövcud çətinliklərin qısa müddətdə həlli üçün əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb edildi, zəruri bərpa və təmizlik işləri həyata keçirildi.

Görülən işlərin gedişatını yerində qiymətləndirmək və prosesə şəxsən nəzarət etmək məqsədilə ərazidə oldum. Sakinlərlə də görüşərək onların müraciət və təkliflərini dinlədim. Sakinləri narahat edən məsələlər barədə fikir mübadiləsi apardıq, görülən işlər və qarşıda duran tədbirlər barədə ətraflı məlumat verdik.

Bizim əsas məqsədimiz vətəndaşların rahatlığının və təhlükəsizliyinin təmin olunması, ərazidə mövcud infrastruktur problemlərinin mərhələli və operativ şəkildə həll edilməsidir. Sakinlərin müraciətlərinin diqqətlə dinlənilməsi və problemlərin yerində araşdırılması fəaliyyətimizin əsas istiqamətlərindən biridir.

Qobustan bələdiyyəsi olaraq ərazidə yaranan hər bir problemin vaxtında müəyyənləşdirilməsi və imkanlarımız çərçivəsində qısa müddətdə həlli üçün bundan sonra da zəruri tədbirləri davam etdirəcəyik. Sakinlərlə birbaşa və açıq dialoqun qorunması bizim üçün xüsusi əhəmiyyət daşıyır.

Sakinlərimizin göstərdiyi anlayış və əməkdaşlığa görə təşəkkür edirəm. Bələdiyyə olaraq hər zaman vətəndaşlarımızın yanında olmağa və onların müraciətlərinə çevik reaksiya verməyə çalışacağıq.

Osman Quliyev

Qaradağ rayonu, Qobustan blədiyyəsinin sədri


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mətanət Nəsibovaya ağır itki


Bakı
15-09-2026
708