Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 19:36

81

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bilik günü Səbail bələdiyyəsində belə qeyd edilib

15 Sentyabr – Bilik Günü münasibətilə Səbail Bələdiyyəsi tərəfindən məktəbli uşaqlara çanta və müxtəlif məktəb ləvazimatları təqdim olunub.

Tədbirin keçirilməsində məqsəd yeni tədris ilinin başlanması münasibətilə uşaqları sevindirmək, onların təhsil həyatına dəstək olmaq və Bilik Gününün sevincini onlarla bölüşməkdir.

Səbail Bələdiyyəsi olaraq bütün məktəbliləri 15 Sentyabr – Bilik Günü münasibətilə ürəkdən təbrik edir, hər bir şagirdə yeni tədris ilində uğurlar, yüksək nəticələr, bol nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq.

Arzu edirik ki, yeni tədris ili hər bir şagird üçün yeni biliklərin, gözəl uğurların və unudulmaz xatirələrin başlanğıcı olsun.

Əziz şagirdlər, Bilik Gününüz mübarək! Sizə dərslərinizdə uğurlar və işıqlı gələcək arzulayırıq!

Səbail bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1806