Bilik günü Səbail bələdiyyəsində belə qeyd edilib
15 Sentyabr – Bilik Günü münasibətilə Səbail Bələdiyyəsi tərəfindən məktəbli uşaqlara çanta və müxtəlif məktəb ləvazimatları təqdim olunub.
Tədbirin
keçirilməsində məqsəd yeni tədris ilinin başlanması münasibətilə uşaqları
sevindirmək, onların təhsil həyatına dəstək olmaq və Bilik Gününün sevincini
onlarla bölüşməkdir.
Səbail
Bələdiyyəsi olaraq bütün məktəbliləri 15 Sentyabr – Bilik Günü münasibətilə ürəkdən
təbrik edir, hər bir şagirdə yeni tədris ilində uğurlar, yüksək nəticələr, bol
nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq.
Arzu
edirik ki, yeni tədris ili hər bir şagird üçün yeni biliklərin, gözəl uğurların
və unudulmaz xatirələrin başlanğıcı olsun.
Əziz
şagirdlər, Bilik Gününüz mübarək! Sizə dərslərinizdə uğurlar və işıqlı gələcək
arzulayırıq!
Səbail bələdiyyəsi
Rəylər
0 Rəy