Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-07-2026 , 22:24

82

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai rayonunda sakinlərin sağlamlığı üçün mühüm sanitariya tədbirləri həyata keçirilir

Xətai rayonunda sakinlərin rahat və sağlam yaşayış şəraitinin təmin olunması istiqamətində mühüm tədbirlər davam etdirilir. Xətai Rayon Bələdiyyəsinin təşəbbüsü ilə rayon ərazisində antisanitar vəziyyətin qarşısının alınması, həşəratların yayılmasının aradan qaldırılması məqsədilə genişmiqyaslı dərmanlama və dezinfeksiya işləri həyata keçirilib.

Aparılan tədbirlər çərçivəsində Cavanşir küçəsi 32 ünvanında, Məhəmməd Hadi küçəsi 86 ünvanında, Çingizxan Kərimov küçəsi 6 ünvanında, Gəncə prospekti 51 və Gəncə prospekti 69 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarında ağcaqanad, bit və birəyə qarşı xüsusi dərmanlama işləri görülüb. Binaların ümumi istifadə sahələri və zirzəmilər sanitar normalara uyğun şəkildə emal olunaraq antisanitar vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib.

Bu cür profilaktik tədbirlər sakinlərin sağlamlığının qorunmasına, yaşayış ərazilərində gigiyenik şəraitin yaxşılaşdırılmasına və müxtəlif həşəratların yayılmasının qarşısının alınmasına xidmət edir.

Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevin rəhbərliyi ilə həyata keçirilən bu tədbirlər göstərir ki, bələdiyyə yalnız abadlıq və quruculuq işləri ilə deyil, eyni zamanda sakinlərin gündəlik yaşayış şəraitinin yaxşılaşdırılması, təmiz və təhlükəsiz mühitin yaradılması istiqamətində də ardıcıl fəaliyyət göstərir.

Sakinlərin müraciətlərinə diqqətlə yanaşan Xətai Rayon Bələdiyyəsi rayon ərazisində sanitariya, abadlıq və sağlam yaşayış mühitinin təmin olunması istiqamətində tədbirləri davam etdirəcək.

Xətai bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
3169