Qüdrət Əlipənahov: “Son üç il ərzində isə bələdiyyənin büdcə gəlirlərində 35 faiz artım müşahidə olunub”
“Bu gün Pirşağı bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmaq üçün yenilənmiş və təkmilləşdirilmiş BAMS proqramının verdiyi imkanlardan istifadə etməkdir. Məhz bu yanaşmanın nəticəsidir ki, cari ilin 6 ayında əldə olunan gəlirlərin həcmi 81.460 manata bərabər olub. Son üç il ərzində isə bələdiyyənin büdcə gəlirlərində 35 faiz artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Pirşağı bələdiyyəsinin sədri Qüdrət Əlipənahov deyib.
Əldə
olunan vəsaitlər qəsəbədə abadlıq işlərinin görülməsi həyata keçirilib. Bununla
bağlı qəsəbənin Bağlar küçəsində, Mirvari Dilbazi və Kərəm Mirzəyev küçələrində
qrunt sularının təmizlənməsi həyata keçirilmiş və bir sıra küçələrdə vətəndaşların gediş-gəlişinda
yaranan narahatlığı aradan qaldırmaq üçün
bir sıra layihələr icra olunub.
Bununla yanaşı qəsəbədə abadlıq işlərinin həyata keçirilməsi
ilə bağlı bir sıra abadlıq işləri yerinə yetirilmiş, ağacəkmə aksiyaları
keçirilmiş, o cümlədən əhalinin aztəminatlı və həssas qruplarına maddi və mənəvi
dəstək göstərilib.
Belediyye.info
Rəylər
0 Rəy