Elşad Vəliyev: “Xətai bələdiyyəsi cari ilin altı ayında inzibati ərazisində 17 layihə həyata keçirib”
“Xətai bələdiyyəsinin büdcə gəlirləri 2026-cı ilin altı ayında 1.263.603 manat olmuşdur ki, bununda 1.046.425 manatı əmlak vergisindən, 20.763 manatı torpaq vergisindən, 9.652 manatı bələdiyyə mülkiyyətinin icarə və istifadəsindən, 170.301 manatı mehmanxana rüsumlarından, 745 manatı dayanacaq ödənişlərindən, 15.717 manatı səyyar ticarət və digər ödənişlərdən daxil olub”-bu fikirləri Xətai bələdiyyəsinin sədri Elşad Vəliyev deyib.
2024-cü illin birinci yarısı ilə müqayisədə bələdiyyə büdcəsində ciddi artımın müşahidə olunduğunu qeyd ediən sədr Elşad Vəliyev bildirib ki, Xətai bələdiyyəsinin 2026-cı ildə
qarşısına qoyduğu əsas məqsəd bələdiyyənin inzibati ərazisində olan bütün vergi
ödəyicilərini uçota alaraq büdcə gəlirlərini maksimum həddə çatdırmaqla sakinlərin
iqtisadi, sosial, ekoloji, maddi və hüquqi problemlərinin həllinə köməklik göstərməkdir.
Bələdiyyə cari ilin altı ayında əldə etdikləri gəlirləri ilə
bələdiyyənin inzibati ərazisində 17 layihə həyata keçirmişdir. Keçirilən layihələrin
əksəriyyətini ərazidə aparılan abadlıq işləri, maddi yardımlar, Ramazan
bayramı, Novruz bayramı, Qurban bayramlarında şəhid və qazi ailələrinə və uşaq
evində məskunlaşmış uşaqlara tədbirlərin keçirilməsi və sovqatlar paylanmasını
təşkil edib.
Rəylər
0 Rəy