Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-05-2026 , 21:53

128

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Vətəndaş müraciətlərini diqqətdə saxlamaqla, həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq”

“Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində vətəndaşların müraciətlərinin obyektiv və vaxtında araşdırılması, onların qaldırdıqları məsələlərin həlli Nəsimi bələdiyyəsinin fəaliyyətinin əsas prioritetlərindən biridir. Bu yanaşma ilə bilavasitə vətəndaş məmnunluğunun və bələdiyyə orqanına olan inamın artmasını  həm də təmin etmiş oluruq”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, ölkəmizdə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır. Hər bir yerli özünüidarəetmə  qurumunun fəaliyyətinin aynası hesab olunan bu işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti təmin olunmasıdır. 

Dövlət başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir.

Odur ki, fəaliyyətimizdə bələdiyyə və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinə xüsusi önəm veririk.

Bu gün Nəsimi bələdiyyəsinin  struktur bölməsi kimi fəaliyyət göstərən “Müraciət və qəbulların idarə edilməsi” şöbəsinin əməkdaşları bələdiyyəyə rəsmi şəkildə müraciət edən sakinlərin qaldırdığı məsələləri təhlil edərək operaitv şəkildə cavablandırılmasına hər daim çalışır.

Aprel ayında bələdiyyəyə rəsmi şəkildə 159 müraciət daxil olub. Müraciətlərin 30 faizi  mərkəzi və yerli icra strukturlarından, idarə və təşkilatlardan daxil olub, 47 faizi dəfn xərclərinin ödənilməsi ilə bağlı arayışların verilməsi, 7 faizi ağacların yaratdığı problemləri aradan qaldrımaqla, 9 faizi maddi yardımların verilməsi bağlı olub. Müraciətlərdən yeddisi torpaq ayrılması ilə,  dördü isə əsgəri xidmətlə bağlı olub.

Göründüyü kimi, müvafiq şöbənin əməkdaşları hər gün 6-7 məktubu cavablandırmaqla yanaşı, həm də bələdiyyənin inzibati binasına gələrək müraciət edən vətəndaşların qəbulunu keçirir və  onların şifahi müraciətlərini cavablandırırlar.

Sədr qeyd edib ki, bələdiyyə iclasında müzakirə edilən məsələlərin bir çoxu məhz sakinlərin kollektiv müraciətləri təşkil edir. Bu gün bələdiyyənin üzv və qulluqçuları vətəndaş məmnunluğunu təmin etmək üçün bütün qüvvələrini hər daim səfərbər edirlər.  

Unutmaq olmaz ki, vətəndaş müraciətlərini diqqətdə saxlamaqla, həm də vətəndaş məmnunluğunu təmin etmiş oluruq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz