Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2026 , 17:58

132

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Badamdar qəsəbəsində  “Beynəlxalq Ailə Günü” qeyd edilib

Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Badamdar Bələdiyyəsinin dəstəyi və 236 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə qəsəbə ərazisində 15 may – “Beynəlxalq Ailə Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi ailə dəyərlərinin təbliği, uşaqların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi və uşaqlarda xoşbəxt ailə obrazının yaradılmasını təşviq etmək olmuşdur.
Tədbirdə çıxış edən rayon ictimaiyyətinin nümayəndələri ailə institutunun cəmiyyət üçün əhəmiyyətindən danışaraq bu kimi tədbirlərin xüsusi önəm daşıdığını vurğulamışdırlar.
Uşaqlar üçün ayrılmış “Kiçik Memarlar” zonasında balacaların karton və müxtəlif maket materiallarından istifadə edərək hazırladıqları “Xoşbəxt ailə evi” və “Mənim ailəm” adlı rəsmləri tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanmış və balacaların istedadı yüksək qiymətləndirilmişdir.
Bununla yanaşı, tədbir çərçivəsində uşaqlar arasında şahmat yarışı keçirilmiş, yarışda birinci, ikinci, üçüncü yeri tutan və tədbir zamanı fərqlənən digər şagirdlərə sertifikatlar təqdim olunmuşdur.
Keçirilən tədbirdə uşaqlardan ibarət xor qrupu, musiqi və rəqs nümunələri tədbirə xüsusi rəng qatmış, bütün uşaqlara xoş xatirələr və unudulmaz anlar bəxş etmişdir.

Səbail rayonu, Badamdar bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər