Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-04-2026 , 09:03

192

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Qazilərin sağlam həyata qayıdışı, onların sosial-məişət  qayğıları daim ölkə başçısının maraq dairəsindədir”

“Bu gün şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin prioritet vəzifəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin ən başlıca vəzifəsi şəhid ailələrinin və müharibə əlillərinin sosial ehtiyaclarının yüksək səviyyədə təmin edilməsidir. Qazilərin sağlam həyata qayıdışı, onların sosial-məişət  qayğıları daim ölkə başçısnın maraq dairəsindədir.”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.

Dunən Nərimanov rayonunda müvəqqəti məskunlaşan, hazırda Azərbaycan Tibb Universitetinin Tədris-Cərhaiyyə Klinikasında müalicə alan, birinci dərəcəli Vətən müharibəsi əlili Yusif Ağarzayevi Milli Məclisin üzvü İlham Məmmədov, klinikanın direktoru Əsədulla Sultanov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev ziyarət ediblər. Ziyarətdə iştirak edən Milli Məclisin üzvü İlham Məmmədov diqqətə çatdırıb ki, qazilərin sağlamlığının bərpası ilə bağlı  təsdiq edilən dövlət proqramına uyğun addımlar atılmaqdadır. Bu gün müalicəyə ehtiyac olan qazilərin  səhiyyə müəssisələrində yüksək keyfiyyətlə müalicə kursu davam etdirilir.  Hazırda qazi  Yusif Ağarzayevin sağlamlıq durumu  qeydiyyatda olduğu Yevlax RİH-nin başçısı Anar Tağıyevin də daim diqqətdədir.

Təmraz Tağıyev görüşdə qeyd edib ki, qazi Yusif Ağarzayevə Nərimanov bələdiyyəsi tərəfindən maddi-mənəvi dəstəyini göstərilməkdədir.

Qazi Yusif Ağarzayev ona göstərilən diqqətə görə təşəkkürünü bildirməklə yanaşı, müalicə kursunun uğurla başa çatacağına inandığını bildirib.

Qeyd edək ki, Yusif Füzuli oğlu  Ağarzayev Yevlaxda anadan olub və Füzulinin, Cəbrayılın, Xocavəndin, Hadrutun azad olunmasında şücaət göstərmiş, bir sıra medallarla təltif edilmişdir. Hadrutun azad edilməsi zamanı gedən döyüşlərdə  ağır yaralanmışdır. Beş  güllə yarası almış Yusif Ağarzayevin hazırda aşağı ətrafının fəaliyyəti üçün müalicə kursu davam etdirilir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər