Təmraz Tağıyev: “Qazilərin sağlam həyata qayıdışı, onların sosial-məişət qayğıları daim ölkə başçısının maraq dairəsindədir”
“Bu gün şəhid ailələri və müharibə əlillərinə qayğı dövlətin prioritet vəzifəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin ən başlıca vəzifəsi şəhid ailələrinin və müharibə əlillərinin sosial ehtiyaclarının yüksək səviyyədə təmin edilməsidir. Qazilərin sağlam həyata qayıdışı, onların sosial-məişət qayğıları daim ölkə başçısnın maraq dairəsindədir.”- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
Dunən Nərimanov rayonunda müvəqqəti məskunlaşan, hazırda Azərbaycan
Tibb Universitetinin Tədris-Cərhaiyyə Klinikasında müalicə alan, birinci dərəcəli
Vətən müharibəsi əlili Yusif Ağarzayevi Milli Məclisin üzvü İlham Məmmədov,
klinikanın direktoru Əsədulla Sultanov və Nərimanov bələdiyyəsinin sədri Təmraz
Tağıyev ziyarət ediblər. Ziyarətdə iştirak edən Milli Məclisin üzvü İlham Məmmədov
diqqətə çatdırıb ki, qazilərin sağlamlığının bərpası ilə bağlı təsdiq edilən dövlət proqramına uyğun addımlar
atılmaqdadır. Bu gün müalicəyə ehtiyac olan qazilərin səhiyyə müəssisələrində yüksək keyfiyyətlə müalicə
kursu davam etdirilir. Hazırda qazi Yusif Ağarzayevin sağlamlıq durumu qeydiyyatda olduğu Yevlax RİH-nin başçısı
Anar Tağıyevin də daim diqqətdədir.
Təmraz Tağıyev görüşdə qeyd edib ki, qazi Yusif Ağarzayevə Nərimanov
bələdiyyəsi tərəfindən maddi-mənəvi dəstəyini göstərilməkdədir.
Qazi Yusif Ağarzayev ona göstərilən diqqətə görə təşəkkürünü
bildirməklə yanaşı, müalicə kursunun uğurla başa çatacağına inandığını bildirib.
Qeyd edək ki, Yusif Füzuli oğlu Ağarzayev Yevlaxda anadan olub və Füzulinin,
Cəbrayılın, Xocavəndin, Hadrutun azad olunmasında şücaət göstərmiş, bir sıra
medallarla təltif edilmişdir. Hadrutun azad edilməsi zamanı gedən döyüşlərdə ağır yaralanmışdır. Beş güllə yarası almış Yusif Ağarzayevin hazırda
aşağı ətrafının fəaliyyəti üçün müalicə kursu davam etdirilir.
Belediyye.info
Rəylər
0 Rəy