Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-03-2026 , 10:19

283

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştaga bələdiyyəsinin rəsmiləri  bayram günü  şəhid analarını ziyarət edib 

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Maştağa Bələdiyyəsinin sədri və bələdiyyə qulluqçuları qəsəbə ərazisində yaşayan şəhid analarını və şəhid ailələrini ziyarət etmişlər.

Bu ziyarətlər təkcə bayram təbriki deyil, həm də Vətən uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsinə göstərilən ehtiramın və onların ailələrinə olan dərin minnətdarlığın ifadəsi olmuşdur. Görüşlər zamanı bildirilmişdir ki, Azərbaycan torpaqlarının azadlığı, dövlətimizin suverenliyi və xalqımızın şərəfi uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlığı tariximizin ən şərəfli və qürurverici səhifələrindən biridir.

Bələdiyyə sədri və kollektiv üzvləri şəhid anaları ilə səmimi söhbətlər etmiş, onların qayğıları ilə maraqlanmış, göstərdikləri böyük fədakarlığın, səbir və mərdliyin Azərbaycan xalqı üçün əbədi qürur mənbəyi olduğunu xüsusi vurğulamışlar. Bildirilmişdir ki, Vətənə qəhrəman övladlar bəxş edən anaların adı xalqımızın yaddaşında daim hörmət və ehtiramla yaşayacaqdır.

Maştağa Bələdiyyəsinin kollektivi adından şəhid analarına 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi təbriklər çatdırılmış, onlara gül dəstələri təqdim edilmiş və ən xoş arzular ifadə olunmuşdur. Qeyd edilmişdir ki, şəhid ailələrinə diqqət və qayğı göstərmək hər birimizin həm mənəvi borcu, həm də vətəndaşlıq məsuliyyətidir.

Şəhid anaları göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirərək, övladlarının xatirəsinin daim yad olunmasının və unudulmamasının onlar üçün ən böyük təsəlli olduğunu qeyd etmişlər.

Maştağa Bələdiyyəsi bundan sonra da şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğını davam etdirəcək, onların yanında olmağı öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edəcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Şəhidlər ölməz, Vətən bölünməz!

Sabunçu rayonu, Maştağa bələdiyyəsi









Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1177