İsrafil Hüseynov: “Son dörd il ərzində əmlak vergisinin həcmini iki dəfəyə yaxın artırmışıq”
“Bələdiyyə vətəndaşın üzləşdiyi hər bir problemin həllinə maraqlı olmalı və bunun üçün ilk növbədə büdcə gəlirlərinin artımını diqqət mərkəzində saxlamalıdır”- bu fikriləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.
Sədrin sözlərinə
görə, kollektivin və bələdiyyənin vergi xidmətinin birgə səyi ilə cari ilin
yanvar ayında büdcə gəlirlərinin həcmini
2023-cü illə müqayisədə 104 faiz artırmağa nail olmuşuq.
Belə ki,
yenilənmiş BAMS proqramının verdiyi imkandan tam yararlanan bələdiyyənin vergi
xidməti əgər 2023-cü ilin yanvar ayı ərzində 14.900 manat əldə etmişdirsə, bu rəqəm
cari ilin yanvarında artıq 30.500 manata çatıb. Əldə olunan vəsaitin 25.661
manatı isə əmlak vergisindən daxil olub.
Sədr qeyd
edib ki, son dörd il ərzində əmlak vergisinin həcmi 2023-cü illə müqayisədə 184
faiz artmışdır.
Bu gün bələdiyyənin əsas məqsədi vətəndaşın qaldırdığı hər bir problemin həllinə operativ şəkildə nail olmaqdır. Odur ki, əldə etdiyimiz hər bir maliyyə vəsaiti sonda vətəndaşın probleminin həllinə yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy