Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-02-2026 , 21:12

761

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Məqsədimiz vətəndaşın yerli idarəetməyə əlçatanlığının təmin olunmasıdır: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR


2025-ci ilin əvvəlində Azərbaycanda 6-cı ümumrespublika bələdiyyə seçkiləri keçirildi.Ölkəmizdə Yerli özünüidarəetmə sahəsində aparılan islahatlar nəticəsində Səbail rayonunun qəsəbə bələdiyyəsi olan Bibiheybət bələdiyyəsi Səbail bələdiyyəsinə birləşdi və Səbail bələdiyyəsi  yenidən formalaşdı.

Hal-hazırda Səbail bələdiyyəsinin 17 bələdiyyə üzvü var və 2025-ci ildə Səbail bələdiyyəsinin ümumilikdə 32 iclası keçirilmişdir.

Birləşmədən sonra bələdiyyə ərazisi genişlənmiş, bələdiyyənin iqtisadi və maliyyə potensialı müəyyən qədər artmış, yerli problemlərin həlli üzrə vəzifələri reallaşdırmağa əlavə imkanlar yaranmışdır.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Bələdiyyələrin inzibati ərazisində vergi obyektləri və vergi ödəyiciləri barədə Dövlət Reyestr xidmətində olan məlumatların BAMS-a yəni Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminə inteqrasiyası nəticəsində yeni əmlaklar və ödəyicilər barədə məlumatların əldə olunması xeyli asanlaşmış və nəticə olaraq yerli vergi və ödənişlərin toplanması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulması, sms bildirişlərin vətəndaşlara göndərilməsi , bələdiyyənin  gəlir və xərclər sahəsində şəffaflığın təmin olunması məqsədi ilə yenilənmiş proqram ölkənin bütün bələdiyyələrində olduğu kimi Səbail bələdiyyəsinin də  fəaliyyətinin səmərəliyinə gətirib çıxarmışdır.

Yığılan rüsumlar və vergilər haqqında məlumat mütəmadi təhlil edilir.Səbail bələdiyyəsinin inzibati ərazisində vergidən yayınan vətəndaşlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüş, qanunvericiliyə uyğun olaraq 2025-ci il ərzində 64 nəfər barədə İcra şöbəsinə müraciət olunmuş və  nəticədə vergilərin ödənilməsi təmin olunmuşdur. Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı qurumlara verilən hesabatlarda öz əksini tapmışdır.

Səbail bələdiyyəsinin 2025-ci il üzrə gəlirlərini fiziki şəxslərdən əmlak vergisi, fiziki şəxslərdən torpaq vergisi, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirməsi, icarə və ya istifadəyə verilməsinə görə ödəniş, mehmanxana, sanatoriya-kurort habelə turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş, bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərə məxsus ixtisaslaşdırılmış avtomobil dayanacaqlarına görə ödənişlər təşkil edir.

Səbail bələdiyyəsinin əsas fəaliyyət istiqamətləri bələdiyyənin inzibati ərazisində yaşayan sakinlərin həyat şəraitlərinin yaxşılaşdırılması, yerli əhali tərəfindən qaldırılmış məsələlərin vaxtında icra olunması, bələdiyyə-vətəndaş münasibətlərinin formalaşması və yerli idarəetməyə əlçatanlığın təmin olunmasıdır.

Qeyd olunan prioritetləri  əsas tutaraq, bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə fəaliyyət göstərən bələdiyyənin üzv və qulluqçularının əmək haqqlarına, DSMF, İcbari Tibbi Sığorta, Sosial sığorta və İşsizlikdən sığorta haqqlarına, bələdiyyənin saxlanılmasına ilə bağlı təsərrüfat mallarının və invertarların alınması üçün, cari təmir xərcləri, kommunal və komunikasiyaya görə, sosial yardımlar üzrə ödənişlər, mədəni-kütləvi bayram tədbirlərinin təşkilinə, abadlıq-quruculuq və təmir-bərpa işlərinə vəsaitlər xərclənmişdir.

2025-ci ildə Səbail bələdiyyəsinin büdcəsindən abadlıq və təmir işlərinə vəsait ayrılmış və qeyd olunan işlər həyata keçirilmişdir.

Həmçinin, sakinlərin müraciətlərinə əsasən Yüzbəy Mürsəlov küçəsi, Arif İsmayılov küçəsi, dalan 1 və dalan 2, Üzeyir Hacıbəyov küçəsi 33/35, Hüseynbala Əliyev küçəsi, Badamdar yolu 198, Salman Mümtaz küçəsi, Lomonosov 13 və 14, Gülbala Əliyev küçəsi, Ö.F.Nemanzadə küçəsi və Əlibəyov qardaşları küçələrinin məhəlləarası yollarında asfalt örtükləri təmir-bərpa olunmuşdur.Salyan şossesi 32 ünvanında ictimai çimərlikdə, Veteranlar bağı və Səbail parkında tərəfimizdən təmir-abadlıq işləri aparılmış, eyni zamanda Səbail parkında işıq dirəkləri yenilənmişdir. Səbail bələdiyyəsinin inzibati ərazisində təmirə ehtiyacı olan  dam örtükləri, fasadlar və hasarlar təmir olunaraq abadlaşdırılmışdır.Həmçinin, Nicat Şükürlü küçəsi və Nizami 68 ünvanında pilləkənlər təmir olunmuş, Bibiheybət yolu, Oktay Daşdəmirov küçəsi, Nicat Şükürlü küçələrində hasarların ümumi görüntüsünün abadlaşdırılması məqsədilə bir sıra təmir bərpa işləri görülmüşdür.Sakinlərin müraciətlərinə əsasən Gülbala Əliyev küçəsində söhbətgah quraşdırılmış və Qafur Məmmədov parkında oturacaqlar yenilənmişdir.

Səbail bələdiyyəsi tərəfindən sosial yardımların göstərilməsinə vəsait ayrılmış, həmçinin, sosial yardımlar üçün nəzərdə tutulmuş vəsait şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrə maddi yardımlar, ərzaq yardımlarının verilməsi istiqamətində icra edilmişdir.Səbail bələdiyyəsi hər zaman şəhid ailələrinə, onlarla bağlı müraciətlərə qarşı xüsusi diqqətlə yanaşmış, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, adlarının daima uca zirvələrdə tutulması istiqamətində bir sıra addımlar atılmışdır.Ötən il  27 sentyabr –Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Səbail rayonu ərazisində yerləşən şəhid məzarlarının və abidələrinin, baralyeflərin, şəkil lövhələrinin ətrafının abadlaşdırılmış, şəhidlərin xatirə  lövhələri və baralyeflərinin təmir bərpa işləri görülmüş, baralyeflərdə şəkil və lövhələr dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.Həmçinin, Vətən müharibəsi şəhidi İlkin Əhədzadənin 51 saylı məktəbdə baralyefi qoyulmuş, şəhid Murad Qurbanovun baralyefindəki şəkil və məlumat lövhəsi tərəfimizdən dəyişdirilmiş, itkin düşmüş şəhid Elçin Quliyevin dəfn  mərasimi ilə əlaqədar təşkilati məsələlərində müvafiq köməklik göstərilmiş və şəhid Namiq Quliyevin qəbrüstü abidəsi təmir-pərpa olunmuşdur.

Novruz bayramı münasibəti ilə Səbail bələdiyyəsinin ərazisində yaşayan şəhid ailələri, müharibə veteranları, çernobıl qəzası əlilləri və aztəminatlı ailələr olmaqla ümumi 240 ailəyə ərzaq yardımı olunmuşdur.

Qurban bayramı münasibəti ilə Səbail bələdiyyəsinin ərazisində yaşayan şəhid ailələrinə, müharibə veteranları, çernobıl qəzası əlilləri və aztəminatlı ailələrə ümumilikdə 385 ailəyə qurban payı verilmişdir.

8 noyabr- Zəfər günü münasibəti ilə Səbail bələdiyyəsinin ərazisində yaşayan şəhid ailələrinə, müharibə iştirakçıları və qazilər olmaqla 254 ailəyə ərzaq yardımı təqdim olunmuşdur.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Səbail bələdiyyəsinin ərazisində yaşayan şəhid ailələrinə, müharibə iştirakçıları, qazilər, çernobil qəzası əlilləri və aztəminatlı ailələrə ümumilikdə 276 ailə ərzaq yardımı ilə təmin olunmuşdur.

Yeni tədris ilinin başlanması ilə əlaqədar qazi, şəhid ailələri və aztəminatlı ailələrin övladları ümumilikdə 63 nəfər məktəbli forması və ləvazimatları ilə təmin olunmuşdur.

Səbail bələdiyyəsinin üzv və qulluqçuları Səbail rayon İcra Hakimiyyətinin keçirdiyi bütün tədbirlərdə bələdiyyə olaraq fəal iştirak etmiş və bələdiyyə tərəfindən tədbirlərin təşkilatı məsələlərinə müvafiq köməklik göstərilmişdir. Bunlara 10 may -Ulu Öndərin 102-ci iıdönümündə xatirəsinin yad edilməsi,17 iyun- Tibbi işçilərinin peşə bayramı, 27 sentyabr-Anım Günü, 8 noyabr -Zəfər günü, 12 dekabr -Heydər Əliyevin anım günü, 20 yanvar -Ümumxalq Hüzn günü münasibəti ilə təşkil olunan tədbirləri  və xalqımız milli bayramları olan Novruz bayramı, Ramazan və Qurban bayramları münasibəti ilə keçirilən bayram tədbirləri, eyni zamanda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə keçirilən bayram tədbirlərini misal gətirmək olar.

 Bundan başqa, Səbail bələdiyyəsinin inzibati ərazisində ətraf mühitin qorunması, ekololi vəziyyətin davamlı inkişafı bələdiyyə fəaliyyətinin bir hissəsinə çevrilmişdir. Vətəndaşların qurumuş və ya budanmağa ehtiyacı olan ağacların götürülməsi və ya budanması ilə əlaqədar müraciətləri tərəfimizdən Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə ünvanlanmış və il ərzində ümumi 23 yaşıllığın götürülməsi ilə bağlı rəy bələdiyyə iclaslarında təsdiqlənmişdir.Ötən il ərzində bələdiyyə tərəfindən rayon ərazində yaşıllıqların artırılması məqsədilə 2000-ə yaxın ağac əkilmiş, 3000 kv.m sahəyə qazon örtüyü salınmışdır.Həmçinin, 27 sentyabr – Anım günü ilə əlaqədar Salyan şossesi 12 ünvanında yolkənarı ərazilərində ağacəkmə aksiyası keçirilmişdir.Səbail rayon Dənizkənarı küçəsi 416, 417 və 418 ünvanlarında yaşıllıqların artırılması məqsədilə qazon örtüyü və ağacəkmə aksiyası keçirilmişdir.8 noyabr- Zəfər Günü günü ilə əlaqədar Salyan şossesi 12 ünvanında ağacəkmə aksiyası keçirilmişdir.Səbail rayonu, Qurban Abbasov və Ziya Yusifzadə küçələrinin kəsişməsində yerləşən “Səbail parkı”nda yaşıllıqların artırılması məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.Nigar Rəfibəyli küçəsi 6/8 ünvanında yerləşən 189-190 nömrəli tam orta məktəbin açıq hava idman meydançasına bələdiyyə tərəfindən  süni qazon vurulmuşdur.

Səbail bələdiyyəsinin ictimai-siyasi və humanitar şöbələrinin səmərəli fəaliyyəti olmuşdur.Belə ki, ötən il ərzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səbail rayonundakı məktəblərdə rəsm müsabiqəsi keçirilmiş, müsabiqənin iştirakçıları və qaliblərinə bələdiyyə tərəfindən hazırlanmış sertifikat  və hədiyyələr təqdim olunmuşdur.Səbail Bələdiyyəsi tərəfindən məişət zorakılığı ilə bağlı əhali arasında maarifləndirici sosial sorğu keçirilmişdir və bukletlər paylanılmış⁠dır. Azərbaycan xalqının tarixinə dönüş nöqtəsi kimi daxil olmuş 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Səbail Bələdiyyəsində dəyirmi masa keçirilmişdir.26 iyun Silahlı qüvvələr günündə Səbail rayonunun Vətən müharibəsinin  qaziləri və iştirakçıları ilə dəyirmi masa təşkil olunmuş, şəhid baralyefləri ziyarət olunmuş və mövzu ətrafında geniş müzakirələr aparılmışdır.“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində Səbail bələdiyyəsi tərəfindən sakinlərlə maarifləndirici görüş keçirilmiş və əhalinin sıx yerləşdiyi ərazilərdə mövzu ilə əlaqədar bələdiyyə tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində  bələdiyyə tərəfindən Bibiheybət qəsəbəsində 50 saylı orta məktəbdə yuxarı sinif şagirdlərinə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilmiş, peşəkar psixoloq tərəfindən şagirdlərə video çarx vasitəsilə narkotik maddələrin istifadəsinin ziyanları barədə maarifləndirici məlumatlar təqdim olunmuş və şagirdlərə bu mövzu ilə bağlı bələdiyyə tərəfindən hazırlanmış bukletlər paylanılmışdır.Bundan başqa Səbail rayonu 85 saylı körpələr evi uşaq bağçasında tədbir təşkil olunmuş bağçada tədris alan aztəminatlı ailələrin övladlarına bələdiyyə tərəfindən hədiyyələr verilmişdir.

Səbail rayonu Səbail bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılmışdır.Təhlillər göstərir ki, il ərzində Səbail bələdiyyəsinə 162 -si maddi yardımla bağlı olmaqla müxtəlif məsələlərlə əlaqədar  452 və arayış almaq üçün 459 sayda vətəndaş müraciəti qeydiyyatdan keçmişdir.

Cari il ərzində Səbail rayon İcra Hakimiyyətindən 80, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekpertiza Agentliyindən 40, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən 11, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Birliyindən 32, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsindən 41, Bakı İnzibati Məhkəmə, Appelyasiya Məhkəməsi, Səbail rayon Məhkəməsi və Vəkil bürolarından ümumilikdə 236 sayda məktub daxil olmuşdur.

Müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmış, əksəriyyəti bələdiyyə üzvlərinin iclasında müzakirə olunmuş və qəbul olunmuş qərarlara müvafiq olaraq icrası təmin olunmuşdur.

Sədrin iştirakı ilə keçirilən səyyar vətəndaş qəbullarında ümumilikdə 45 nəfərin müraciət etmiş, onlardan 30 nəfər vətəndaşın müraciəti rəsimləşdirilmiş, bələdiyyə səlahiyyətlərinə aid olan müraciətlərin icrası təmin olunmuş və ya aidiyyəti üzrə yönləndirilmiş, 15 nəfər isə yerində müvafiq izahatlar verilməklə yola salınmışdır.

Bələdiyyənin inzibati binasında 276 nəfər vətəndaş sədr tərəfindən şəxsən qəbul edilmişdir.Müraciət edənlərin əksəriyyəti maddi yardım və ərzaq yardımları ilə bağlı olmuş, bələdiyyə üzvlərinin iclasına çıxarılmış, verilmiş qərara və növbəlilik prinsipinə əsasən hər biri təmin olunmuşdur.

Bələdiyyədə daima fəaliyyəti təmin olunan 0124910385 telefon nömrəsi, sabailbelediyyesi@gmail.com elektron ünvanına daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür.

Səbail bələdiyyəsi tərəfindən bələdiyyə fəaliyyəti daima işıqlandırılır, həmçinin, sebailbelediyyesi.az  rəsmi saytı, esabail.gov.az portalında, bələdiyyənin facebook səhifəsində paylaşılaraq əhaliyə çatdırılır.

Məqsədimiz-iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş dövrünü yaşayan və yeni strateji inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanda müasir çağırışlara uyğunlaşmaq, dövlətin inkişaf proseslərində daha fəal iştirak etmək, bələdiyyə fəaliyyətini daha səmərəli şəkildə qurmaq, bələdiyyə iclaslarında verilən qərarların  qanunvericiliyin tələblərinə uyğun olaraq icra etmək, şəffaflıq və əlçatanlığı təmin etmək və bələdiyyənin üzərinə düşən vəzifələrin təxirəsalınmadan icra edilməsi üçün müvafiq tədbirləri görməkdir.

Səbail rayon Səbail bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına görülmüş işlərlə bağlı illik hesabatı elan, bülleten, internet saytı və s. vasitələrlə çatdırır.

 Hacı Əliyev

Səbail bələdiyyəsi sədri                                                            

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
990