Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-01-2026 , 12:53

485

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək  uğurlara hesablanan bir siyasətdir”

 “2 Fevral Gənclər Günüdür. Unutmaq olmaz ki, gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Rəhbəri olduğum bələdiyyədə kifayət qədər gənc bələdiyyə üzvü və qulluqçusu çalışır”-bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Əgər əvvəlki seçkilərdə bələdiyyələrə seçilənlərin 5  faizə yaxın gənclər idisə, bu gün bu rəqəm 25 faizi keçir. Hazırda dövlətimizin, o cümlədən bələdiyyə sisteminin strateji inkişafında gənc kadrların hazırlanmasına xususi diqqət yetirilir. Odur ki, bələdiyyə sahəsində də diqqətda saxlanılan məqamlardan biri də məhz  kadr hazırlığıdır. 

Sədr qeyd edib kollektivin 80 faizə yaxın bir hissəsi gənclər təşkil edir. Və bu gün bələdiyyənin əldə etdiyi uğurlarda bu gənclərin xüsusi yeri və çəkisi var.  Bir məqamı da unutmayaq ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli lider Heydər Əliyev çıxışlarının birində deyirdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.”

Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın  böyük rolu vardır.

Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, sosial həyatın bütün sferalarında, o cümlədən bələdiyyə sistemində  onlar çoxluq təşkil edirlər.  Bu həm də gənclərin məsuliyyət yükünü bir xeyli artırmış olur. Belə bir məqamda xüsusilə vurğulamaq yerinə düşər ki, Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək  uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz