Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Torpaqlarımızın
ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Nicat Səmədovun xatirəsinə
həsr olunan anım mərasimi keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin zabiti
general mayor Zaur Niftullayev, Milli Məclisin deputatı Səbinə xanım Xasayeva,
Binəqədi rayon İcra Hakimiyyətinin və Xocəsən bələdiyyəsinin nümayəndələri, şəhidin
döyüş yoldaşları, ailə üzvləri , yaxınları və şəhid Nicat Səmədovun təhsil
aldığı 217 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Mərasimdə çıxış edənlər Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət və qəhrəmanlıqdan söhbət açdılar.
Döyüş yoldaşları şəhid Nicat haqqında xatirələrini yada saldılar. Şagirdlər şəhidə
həsr olunan şeirlər səsləndirdilər.
Şəhidin atası Şahin Səmədov ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Sonda şəhidlərin ruhuna dualar oxundu.
Xocasən bələdiyyəsi
Rəylər
0 Rəy