Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-10-2025 , 21:50

1641

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Nicat Səmədovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin zabiti general mayor Zaur Niftullayev, Milli Məclisin deputatı Səbinə xanım Xasayeva, Binəqədi rayon İcra Hakimiyyətinin və Xocəsən bələdiyyəsinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri , yaxınları və şəhid Nicat Səmədovun təhsil aldığı 217 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

 Mərasimdə çıxış edənlər Vətən müharibəsində  Azərbaycan oğullarının göstərdiyi  şücaət və qəhrəmanlıqdan söhbət açdılar. Döyüş yoldaşları şəhid Nicat haqqında xatirələrini yada saldılar. Şagirdlər şəhidə həsr olunan şeirlər səsləndirdilər.

Şəhidin atası Şahin Səmədov ailə üzvləri adından onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. Sonda şəhidlərin ruhuna dualar oxundu. 

Xocasən bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz