İxdiyar Nəcəfov: “Sakinlərin hər bir müraciəti diqqətdə saxlanılır”
“Qaraçuxur bələdiyyəsi olaraq hər zaman sakinlərin müraciətini diqqət saxlayır və bələdiyyə iclasında müzakirəyə çıxarırıq”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirib.
Sədrin sözlərinə görə, bələdiyyənin üzv və qulluqçularının, xüsusəndə vergi müfəttişlərinin mütəmadi olaraq sakinlərlə görüşlərinin nəticəsidir ki, bu gün bələdiyyəyə müraciət edən sakinlərin sayı artır.
Bələdiyyə olaraq müraciət edən hər bir sakin bələdiyyə rəsmiləri tərəfindən qəbul edilərək müraciəti dinlənilir və həlli istiqamətin addımlar atılır.
Bu günlərdə belə müraciətlərindən biri öz həllini tapıb. Belə ki, Qaraçuxur qəsəbəsi 41-ci Qaraçuxur kücəsi və Cavanşir Rəhimov kücələrində yeni lahiyələr həyata keçirilib. Belə ki, əraziyə Suraxanı RİH-in təşəbbüsü, Qaraçuxur bələdiyyəsinin təşkilatçılığı ilə asfalt salınıb.
Sədr qeyd edib ki, Qaraçuxur bələdiyyəsi bundan sonra da vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.
Rəylər
0 Rəy