Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-10-2025 , 21:43

1668

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İxdiyar Nəcəfov: “Sakinlərin hər bir müraciəti diqqətdə saxlanılır”

“Qaraçuxur bələdiyyəsi olaraq hər zaman sakinlərin müraciətini diqqət saxlayır və bələdiyyə iclasında müzakirəyə çıxarırıq”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirib. 

Sədrin sözlərinə görə, bələdiyyənin üzv və qulluqçularının, xüsusəndə vergi müfəttişlərinin mütəmadi olaraq sakinlərlə görüşlərinin nəticəsidir ki, bu gün bələdiyyəyə müraciət edən sakinlərin sayı artır. 

Bələdiyyə olaraq müraciət edən hər bir sakin bələdiyyə rəsmiləri tərəfindən qəbul edilərək müraciəti dinlənilir və həlli istiqamətin addımlar atılır.

Bu günlərdə belə müraciətlərindən biri öz həllini tapıb. Belə ki,  Qaraçuxur qəsəbəsi  41-ci Qaraçuxur kücəsi və Cavanşir Rəhimov kücələrində yeni lahiyələr həyata keçirilib. Belə ki, əraziyə  Suraxanı RİH-in təşəbbüsü, Qaraçuxur bələdiyyəsinin təşkilatçılığı ilə asfalt salınıb.

Sədr qeyd edib ki, Qaraçuxur bələdiyyəsi bundan sonra da vətəndaş məmnunluğunun təmin edilməsi üçün var qüvvəsi ilə çalışacaqdır. 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
990