Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-10-2025 , 19:55

1917

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Sakinlərin müraciəti əsasında həyata keçirilən layihə razılıqla qarşılanıb”

“Sabunçu rayonu, Bakıxanov bələdiyyəsi vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə təmirə ehtiyacı olan küçə və yaşayış sahələrinin asfaltlanması işləri davam etdirilir”- bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.

Sədr bildirib ki, texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində bu dəfə Bakıxanov qəsəbəsi Y. Əliyev və Ə. Anaplı küçələrinə  yeni asfalt örtüyü salınmışdır. Layihə çərçivəsində küçələrdə elektrik, qaz, su və telekommunikasiya xətləri də qaydaya salınıb. Sakinlərin müraciəti əsasında həyata keçirilən layihə razılıqla qarşılanıb.

Yeni asfalt örtüyü salınan küçələrə ilkin olaraq qum-çınqıl qatışığı töküldü, xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salındı.

Görülən işlər sakinlərimizin və şəhərimizin qonaqlarının rahat gediş-gəlişinin təmin olunmasına və yol infrastrukturunun yenilənməsinə yönəlmişdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər