Seymur Həsənov: “Badamdar bələdiyyəsi fəaliyyətində sakinlərin ehtiyac və təkliflərini hər zaman nəzərə alır”
“Badamdar
bələdiyyəsi olaraq vətəndaşların hər bir müraciəti diqqətdə saxlanılır. Mütəmadi
olaraq keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin hər biri bələdiyyə
iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı qərar qəbul edilir” – bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədir Seymur Həsənov bildirib.
Məhz
səyyar görüşlər zamanı vətəndaşların müraciəti əsasında bu günlərdə Badamdar Bələdiyyəsi tərəfindən 3-cü yaşayış
massivi, Üfüq küçəsində yol şəraitinin yaxşılaşdırılması məqsədilə çınqıl-qırma
daş tökülərək hamarlanma işləri aparılıb.
Görülən
tədbir əhalinin gündəlik hərəkətini asanlaşdırmaqla yanaşı, ərazidə
infrastrukturun tədricən yaxşılaşdırılmasına xidmət edir.
Sədr qeyd edib ki, bələdiyyə sakinlərin ehtiyac və təkliflərini hər zaman nəzərə alaraq bu istiqamətdə işlərin digər küçə və massivlərdə də davam etdirilməsini planlaşdırır.
Belediyye.info
Rəylər
0 Rəy