Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-09-2025 , 07:58

1442

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Badamdar bələdiyyəsi fəaliyyətində  sakinlərin ehtiyac və təkliflərini hər zaman  nəzərə alır”


“Badamdar bələdiyyəsi olaraq vətəndaşların hər bir müraciəti diqqətdə saxlanılır. Mütəmadi olaraq keçirilən səyyar qəbullarda qaldırılan məsələlərin hər biri bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı qərar qəbul edilir” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədir Seymur Həsənov bildirib.

Məhz səyyar görüşlər zamanı vətəndaşların müraciəti əsasında bu günlərdə  Badamdar Bələdiyyəsi tərəfindən 3-cü yaşayış massivi, Üfüq küçəsində yol şəraitinin yaxşılaşdırılması məqsədilə çınqıl-qırma daş tökülərək hamarlanma işləri aparılıb.

Görülən tədbir əhalinin gündəlik hərəkətini asanlaşdırmaqla yanaşı, ərazidə infrastrukturun tədricən yaxşılaşdırılmasına xidmət edir.

Sədr qeyd edib ki, bələdiyyə sakinlərin ehtiyac və təkliflərini hər zaman  nəzərə alaraq bu istiqamətdə işlərin digər küçə və massivlərdə də davam etdirilməsini planlaşdırır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
694