2026-cı ilə Xırdalan bələdiyyəsi innovasiyaların tətbiqi ilə fəaliyyətə başlayıb
Hazırkı
XXI əsrin mürəkkəb geosiyasi və iqtisadi reallıqları uğurlu və güclü dövlət
idarəçiliyinin çoxşaxəli strategiyaya, qətiyyətli siyasi iradəyə və effektiv
mexanizmlərin tətbiqinə söykənməsini tələb edir. Cənab Prezident İlham Əliyev məhz
bu prinsiplər əsasında ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu
siyasi xətti uğurla davam etdirərərək Azərbaycan
Respublikasını iqtisadi inkişaf, demokratik, hüquqi dövlət quruculuğu və
ictimai-siyasi sabitlik baxımından dünyanın ən etibarlı dövlətlərindən birinə
çevirib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və
uzaqgörən siyasəti nəticəsində possovet məkanındakı dondurulmuş münaqişələrin
tarixində president yaradılaraq Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və
suverenliyimiz ölkənin hər bir yerində bərqərar edilib. Ölkəmizin sürətli və
dayanıqlı inkişafı, ərazi bütövlüyümüzün bərpası, işğaldan azad edilən ərazilərdə
böyük quruculuq işlərinin aparılması, vətəndaş cəmiyyəti quruculuğu, təhlükəsizliyin
təmin olunması, iqtisadi potensialın gücləndirilməsi, vətəndaşların sosial
rifahının yüksəldilməsi dövlətimizin beynəlxalq nüfuzunun artmasında mühüm rol
oynayır. Prezident İlham Əliyev müasir Azərbaycanın inkişaf modelini güclü dövlətçilik,
dayanıqlı sabitlik və iqtisadiyyat, sosial ədalət və vətəndaş birliyi üzərində
və mükəmməl şəkildə inşa edib. Məhz buna görə də vətəndaşlarımız öz dövlətinə və
onun rəhbərinə ürəkdən inanır, vətənimiz
və prezidentimizlə qürur duyurlar.
Əhalisinin rəsmi sayına görə ölkəmizin dördüncü, faktiki məskunlaşma
statistikasına görə isə üçüncü böyük şəhəri olan Xırdalan son onilliklərdə
sakinləri ən sürətlə artan yaşayış məntəqəsidir. Fəaliyyətində dövlətimizin
siyasi və iqtisadi prioritetlərini rəhbər seçən Xırdalan bələdiyyəsi vətəndaşların
məmnunluğunun təmin olunmasına xüsusi diqqət yetirir. Xırdalan bələdiyyəsi ötən
bir ildə müraciətlərin operativ və düzgün cavablandırılması, yerli sosial
problemlərin həllində iştirakçılığın artırılması, çatışmazlıqların müəyyənləşdirilərək
aradan qaldırılması və qanunvericiliyin verdiyi imkanlardan səmərəli istifadə
etməklə üzərinə düşən məsuliyyəti uğurla icra etməyə çalışıb. Xırdalanın yerli
özünüidarəetmə orqanı daim fəaliyyətinin gücləndirilməsini və həssas
kateqoriyadan olan sakinlərin qayğılarının həllinə yardım edilməsini diqqətdə
saxlayır.
2025-ci ilin yanvar-fevral aylarında Xırdalan bələdiyyəsinin əvvəlki tərkibinin
dövründə Xırdalan qəbiristanlığının ərazisindəki yollara asfalt örtüyünün çəkilməsi
və abadlıq işlərinə 28084,00 manat, qəbiristanlıqda təmir-tikinti, bərpa və
yenidənqurma işlərinə 31801,00 manat, qəbiristanlığın ərazisindəki
tullantıların daşınmasına 4800,53 manat sərf olunub. “Sage Solution” (“Ağıllı bələdiyyə”,
Xırdalan şəhərinin sosial və iqtisadi inkişaf planının hazırlanması layihəsi)
üçün 43470,01 manat ödənilib.
2025-ci il ərzində Xırdalan bələdiyyəsinin gəlir və büdcə
daxil olmaları 1.235.092 manat təşkil edib.
Ötən il Xırdalan bələdiyyəsinin rəhbərliyinin və əməkdaşlarının əmək haqqı
fondu 505424,89 manat, DSMF ödənişləri 182977,57 manat, əməkdaşların icbari
tibbi sığortası isə 25797,46 manat təşkil edib. Azərbaycan Ordusuna Yardım
Fondu üçün 7486,59 manat, işsizlik fondu üçün 7321,73 manat ödəniş edilib.
Ötən il şəhid ailələri Xırdalan bələdiyyəsinin diqqətində
olub. Şəhid, qazi ailələrinə, həmçinin, aztəminatlı şəxslərə Qurban bayramı ilə
bağlı ərzaq yardımı üçün 12750,00 manat xərclənib. Novruz bayramı ərəfəsində 3 şəhid ailəsinə (şəhidlərimiz
Ataşov Asif, Hüseynov Rəhim və Musibov Veysel)
çatdırılan bayram sovqatı üçün 900 manat ödənilib.
2025-ci ildə Xırdalan
bələdiyyəsi aztəminatlı və imkansız ailələrə maddi yardım üçün 5539,04 manat sərf
edib.
Xırdalan sakini olan tələbənin təhsil haqqının ödənişinə köməklik
məqsədilə büdcədən 1300,00 manat ayrılıb.
Eyni zamanda ötən il Şəhər Bələdiyyələrinin Milli
Assossasiyasına üzvlük haqqı üçün 3300,00 manat, Sumqayıt YXO üçün 1277,25
manat, “Bələdiyyə.info” internet saytına
abunə haqqı 400,00 manat, “Atəşgah” Sığortaya 971,85 manat ödənilib.
Bələdiyyənin normal fəaliyyətinin təmin olunması məqsədi ilə
ofisdəki katriclərinin doldurulması üçün 2510,00 manat, kabel avadanlığının çəkilməsi,
kompyuter təmir işləri üçün 1145,00 manat, kompyuter, printer, monitor,
internet və telefon haqqı üçün 1174,01 manat, yanğın söndürən balonların
alışına 88,50 manat, bank və poçt xidmət haqqı üçün 7999,59 manat, poçt xidmət
haqqı üçün 25995,67 manat, elektrik enerji ödənişi üçün 1010,00 manat, mavi
yanacaq üçün 2270,18 manat, içməli su üçün 546,00 manat, dəftərxana ləvazimatı,
məktublara marka sifarişi üçün 1970,65 manat,
bələdiyyənin əməkdaşlarının “Azərfon” Nar nömrələrə aylıq abunə haqqı
üçün 23843,93 manat, bələdiyyəyə məxsus
xidməti minik avtomobilinin ilkin ödənişi və aylıq kredit haqqı üçün 34441,33
manat, bu avtomobilin sığortası üçün 279,98 manat, avtomobilə yanacaq üçün
1746,02 manat, audit xidmət haqqı üçün 10000,00 manat, bələdiyyə məxsus olmuş
“Honda Accord” markalı avtonəqliyyat vasitəsinin dəyəndirilməsi
üçün 540,00 manat, xəstəlik vərəqəsi üzrə olunan ödəniş üçün 946,17 manat ayrılıb. Bələdiyyənin rabitə xərci
və qısa SMS xidmətinə 23843,93 manat, bələdiyyənin inzibati binasının icarə
haqqı üçün 8633,93 manat, ARƏMDKDRX Kadastr yer quruluşu tədqiqat mərkəzi üçün
817,00 manat ödəniş edilib.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Xırdalan bələdiyyəsinin
üzvü və qulluqçusu olan xanımlara bayram
mükafatının verilməsinə 1200,00 manat, səhvən bələdiyyənin bank hesabına köçən
pulun geri qaytarılması üçün 8663,57 manat, şəhərin prospekt və yolları üçün
duz alışına 3675,40 manat, “Azərmətbuat” yayım ASC üçün 1504,08 manat, Qurban
bayramı münasibəti ilə bələdiyyə üzvlərinə mükafatın verilməsinə 2100,00 manat,
korporativ yeni il şənliyinin keçirilməsinə 4400 manat, Xırdalan bələdiyyəsində
çalışan könüllərə səmərəli iş fəaliyyətinə görə mükafat 400,00 manat, sahibsiz
ölülərin dəfni üçün 375,25 manat, “Vision” şirkətinə xidmət haqqı üçün 1416,00
manat ödənilib.
2025-ci il ərzində Xırdalan bələdiyyəsinə 1225 məktub və ərizə
daxil olub. Onlardan 48 ərizə torpaq sahəsinin mövcudluğu, 470 ərizə dəfn xərcləri,
51 ərizə torpaq sənədləşməsi, 15 ərizə ağacın götürülməsi, 35 ərizə maddi
yardım edilməsi, 18 ərizə yerquruluşu planından çıxarışın təsdiqi, 30 ərizə
verginin qaytarılması və s. məsələ ilə bağlı olub. Qeyd olunan dövrdə həmçinin,
Xırdalan bələdiyyəsinə müxtəlif qurumlardan da məktublar daxil olub.
Xırdalanın yerli özünüidarəetmə qurumu olaraq ölkə
qanunvericiliyinin tələbləri çərçivəsində yerli sosial məsələlərin, şəhər
sakinlərinin müraciətlərinin müsbət həlli, şəhərin abadlıq-quruculuq işlərində
iştirakçılığının artırılması məqsədi ilə hazırda böyük enerji ilə çalışmaqda
davam edirik. Xırdalan bələdiyyəsi 2026-cı ilə innovasiyaların tətbiqi, vətəndaş
məmnunluğunun təmin olunması və sosial rifah hədəfi ilə başlayıb. İnanırıq ki,
ölkəmizdə bələdiyyə institutunun fəaliyyət əsaslarının daha da gücləndirilməsi
üçün atılacaq addımlar, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və özəl
sektorla səmərəli əməkdaşlıq nəticəsində 2026-cı ildə yerli məsələlərin həllində
daha böyük paya sahib olacağıq.
Anar Abbasov
Xırdalan Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy